Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-153/2025 21.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X17 Hafiz oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X10, zərərçəkmiş şəxs (tələbkar) X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili (müdafiəçisi) X1 iştirakı ilə, xx.xx.1984-cü ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu Dəstəfur kəndində daimi qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş protokol üzrə inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Daşkəsən Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli 2(030)-71/2019 saylı icra vərəqəsi üzrə 28 iyul 2006-cı il tarixdə doğulmuş X11 və 22 fevral 2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 21 yanvar 2019-cu il tarixdən başlaraq hər ay hər uşağa 80 manat olmaqla cəmi 160 manat məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 ödəməyə borlcu olduğu halda, icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədinin icrasını təmin etməmiş və zərərçəkmiş şəxs (tələbkar) X2 8400 (səkkiz min dörd yüz) manat məbləğində aliment borcu qalmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X10 izahatında bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsi 13 mart 2019-cu il tarixli 2(030)-71/2019 icra sənədinə əsasən borclu Şəxs hər olmaqla cəmi 160 manat məbləğində alimenti ödəməmiş və nəticədə 8400 manat məbləğində borcu qalmışdır. Borcluya icra sənədinin icrasıni təmin etməsi aliment borcunu ödəməsi izah olunmuş lakin borclu tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Bundan sonra borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə maddənin sanksiyasında nəzərdə tutlmuş cəza tədbiri izah olunmuş üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi halda onu hansı cəza növlərinin gözlədiyi ətraflı izah olunmuşdur. Buna baxmayaraq, borclu zərərçəkmiş şəxsə olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan başqa nə borclu nə də zərərçəkmiş şəxs tərəfindən alimentin dayandırılması ilə bağlı və yaxud aralarında alimentin ödənilməsi ilə bağlı hər hansı bir razlığın olması ilə bağlı Daşkəsən rayon İcra və probasiya şöbəsinə məlumat (ərizə) daxil olmamışdır. Qeyd edilənlərə əsasən borclu barəsində inzibati xətaya görə protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rzayev X8 xətanı törətməsini qismən etiraf edərək izahatında bildirmişdir ki, 8400 manat məbləğində borcu qalmışdır. Lakin, qarşı tərəflə razılaşaraq, təsərrüfatında bir sıra işlər görmüşdür. Belə ki, odun doğramış, həyətyanı sahədən ot biçmiş və digər işlər görmüşdür. Hazırda işləmədiyi üçün aliment borcundan ödəniş edə bilməmişdir. Bundan sonra aliment borcundan ödəniş etməyə razıdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, onun görəcəyi işlər son bir iki il ərzində olmuşdur. Bunların da cəmi 500 manat ola bilər. Alimentin bütünlüklə ödənilməsini tələb edir. Tam ödənilmədiyi halda Rzayev X8 tənbeh verilməsini xahiş edir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X3 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin zərəçəkmiş şəxsin xeyirinə işlədikləri orta aylıq iş saatları və əmək haqına uyğun hesablanmaqla alimentin məbləği ilə əvəzləşdirlimə aparılmamışdır. Şəxsin aliment borcunun əvəzinə işlədiyi gün və saatların hesablanılmaqla yaranmış aliment borcundan çıxılıb yenidən hesablanmasını bildirir. Borclu tərəfindən zərəçəkmiş şəxlə aralarında razlıq olduğu üçün işlədiklərini aliment borcundan əvəzi kimi qəbul edərək ödənişlər etməmişdir. Odur ki, borclu barəsində qanunamüvafuq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X7 tərtib etdiyi inizbati xəta haqqında 09 iyul 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsi 13 mart 2019-cu il tarixli 2(030)-71/2019 saylı icra sənədinin icrası ilə əlaqədar borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və zərərçəkmiş şəxs X2 8400 manat məbləğində aliment borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Daşkəsən Rayon Məhkəməsi 13 mart 2019-cu il tarixli 2(030)-71/2019 saylı icra sənədinə əsasən borclunun 8400 manat borcu qalmışdır. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(030)- 200/2019 saylı qərarın surətindən görünür ki, Rzayev X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün 10 gün müddətə inzibati həbs olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsi xx.xx.2020-cü il tarixli 3(030)- 133/2020 saylı qərarın surətindən görünür ki, Rzayev X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətfiyi üçün 15 gün müddətə inzibati həbs olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun vəkilini, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun, tələbkarın izahatı, inizbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə kifayət qədər təsdiq olunmuş, düzgün olaraq onun əməli İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsində zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olubolmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən borclunun uzun müddət borcu ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsini, ödəmədən yayınmasını və bununla da məhkəmə qərarını icra etməməklə yanaşı uşaqların maddi təminatını daha da ağırlaşdırmasını nəzərə alaraq hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib bilinib 10 (on) gün müddətə inizbati həbs olunsun. Həbs etmənin əvvəli 21 iyul 2025-ci il saat 12:40-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-153/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-153/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver