Məhkəmə qərarları › İş №3(030)-154/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-154/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-154/2025 16.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X14 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 01.010.1971-ci ildə Daşkəsən rayonu Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, evli, işləməyən Daşkəsən rayonu Əmirvar kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 10 iyul 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və əlavə olunmuş sənədlərdə qeyd edilir ki, Əhmədov X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-135/2023 nömrəli icra sənədi üzrə "xxxx" MMC-yə 2074 (iki min yetmiş dörd) manat məbləğində aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-135/2023 nömrəli icra sənədi üzrə Şəxs "xxxx" MMC-yə olan 2074 manat məbləğində borclu qalmışdır. İcra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borclunun hal-hazırda 2074 (iki min yetmiş dörd) manat məbləğində borcu qalmışdır. Ona görə də barəsində inzibati protokol tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən, qanunamüvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, uzun müddət səhhətində yaranmış problemlərlə əlaqədar olaraq işləyə bilməmiş və borcunu tam ödəyə bilməmişdir. Qismən ödənişlər edə bilmişdir, hazırda 50 manat ödəyə bilər, ayın sonuna qədər isə əlavə 50 manat ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar "xxxx" MMC-yə məlumat verilsə də tələbkarın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş “Tibb Ərazi Bölmələri İdarəetmə Birliyi” PHŞ X13 X11 TQS 027 nömrəli X1 surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək klinikada ambulator qaydada müalicə olmuşdur. İşə əlavə olunmuş SN00007 nömrəli X3 Vərəqəsinin surətindən görünür ki, Şəxs əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-dən işdən azad olmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və X5 Hüquqi Şəxsinin ********** saylı xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə klinikada tibbi müayinədə olmuşdur. İşə əlavə olunmuş Tibbi Ərazi üzrə X9 X7 şəxs Z.Məmmədov adına Xəstaxanın 0097/72 saylı Ambulator, X8 Kartasından Çıxarışın surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək klinikada stasionar qaydada müalicə olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, Şəxs sağlamlığında olan problemlərlə bağlı müalicələrdə olmuşdur.Onun müxtəlif vaxtlarda müalicə və tibbi müayinələrdə olması barədə sübutlar mövcuddur. Az məbləğdə olmasına baxmayaraq ödənişlər edir. Belə olan halda borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar