Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-155/2024 30.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Gəncə şəhər DYPŞ-nin YPX-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Gəncə şəhər DYPŞ-nin YPX-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Gəncə şəhər DYPŞ-nin YPX-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 11:00 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərində “2705 dairəsi” deyilən ərazidən keçərkən dairə işarəsinə əsasən dairəni keçən avtomobillərə yol vermişdir. Həmin vaxt **-YP-*** nömrəli DYP-nin avtomobili gələrək dairəvi yola daxil olaraq heç bir dönmə işarəsi vermədən avtomobili saxlayıb sükan arxasında mobil telefon ilə danışmağa başlamışdır. O, isə dairəni keçən avtomobillərə yol verərək sonra Atatürk prospekti istiqamətində dönərək hərəkətinə davam etmişdir. Həmin vaxt DYP-nin avtomobili arxasınca gələrək saxla işarəsi vermişdir. O, avtomobili saxlayaraq heç bir yol hərəkəti qaydasını pozmadığını bildirmişdir. DYP-nini əməkdaşı ona “ indi acıqca sənə 100 manatlıq protokol yazaram ağıllanarsan” deyərək barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Protokola etiraz olaraq imza çəkməmişdir. Odur ki, barəsində tərtib olunmuş Gəncə şəhər DYPŞ-nin YPX-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə əlavə edilmiş Gəncə şəhər DYPŞ-nin YPX-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 ilə AR İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X2 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Gəncə şəhər DYPŞ-nin YPX-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması məqsədi ilə işə yenidən baxılması üçün geri göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məzmunundan göründüyü kimi həmin maddədə bir neçə inzibati xəta göstərilmişdir. İnzibati qaydada cərimə edilmiş şəxsin həmin xətalardan hansını törətmiş olması protokolun məzmunundan bəlli deyildir. Həmçinin şikayətə məhkəmədə baxılarkən inzibati xətanın törədilməsini əks etdirən iş materialları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, X2 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, protokolu tərtib edən səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bu baxımdan protokol ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması n qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-114, 128-130, 135.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X3 barəsində Gəncə şəhər DYPŞ-nin YPX-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Gəncə şəhər DYPŞ-nin YPX-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-155/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-155/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver