Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-157/2024 11.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2002-ci ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Məmmədov X1 Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 2(030)-263/2024 saylı icra vərəqəsi üzrə 04 oktyabr 2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 27 fevral 2024-cü il tarixdən başlayaraq hər ay Şəxs 150 manat sabit pul məbləğində alimenti iddiaçı Zərərçəkmiş şəxs ödəməyə borlcu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs 750 (yeddi yüz əlli) manat məbləğində aliment borcu qalmışdır. Bununla da, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 2(030)-263/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs hazırki vaxtadək 750 (yeddi yüz əlli) manat məbləğində borcu qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Borclu 2024-cü ilin may ayında şöbəyə çağırılmış və orda izahat verərək may ayının sonuna kimi yaranmış aliment borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin, ödəniş etməmişdir. Məhkəmə qərarının icra etmədiyi halda inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Həmçinin Şəxs dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, şəxsin barəsində axtarış verilmiş yalnız bundan sonra polis vasitəsilə borclunu icra şöbəsinə gətirmək mümkün olmuşdur. Qeyd edilənlərə əsasən borclu Şəxs aliment borcunu ödəməkdən qərəzli olaraq yayındığını nəzərə alaraq barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ona olan aliment borcunu ödəməmişdir. O, yaranmış olan aliment borcunun tam ödənilməsini əks halda borcluya qarşı şikayətinin olduğunu və onun barəsində həbslə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli icra vərəqəsinə əsasən onun 750 manat aliment borcu qalmışdır. O, həmin məbləği borc kimi qəbul edir. Maddi imkanı ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Bakı şəhərində mebel sexində işə düzəldiyini, hazırda işlərinin qaydasında olduğundan hər ay üzrə ödəniş edəcəyini bildirmişdir. Vaxt verildiyi halda ikiüç aya aliment borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Ona görə də məhkəmədən güzəşt edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs işləmədiyi üçün aliment borcu qalmışdır. O, hazırda bir mebel sexində iş düzəlmiş və işə düzəldikdən sonra avqust ayının 27-də 150 manat ödəniş etmişdir. Şəxs aliment borcunu maddi imkan olmadığndan ödəyə bilmədiyini, hazırda işə düzəldiyi üçün hər ay üzrə ödənişini və yaranmış aliment borcunu ödəyəcəyini bildirmişdir. Odur ki, şəxsin qərəzli olaraq borcunu ödəməkdən yayınmadığını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərtib etdiyi inizbati xəta haqqında 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 2(030)- 263/2024 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş, nəticədə tələbkar Zərərçəkmiş şəxs 750 manat məbləğində aliment borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Daşkəsən Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 2(030)-263/2024 saylı icra vərəqəsinə əsasən borclu bu vaxta qədər ödəməli olduğu 900 manat aliment borcundan cəmi 150 manat ödəniş etdiyindən onun 750 manat borcu qalmışdır. Hər hansı bir üzürlü səbəblər olmadan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və icra məmurunun izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun və tələbkarın izahatları, inizbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə tam təsdiq olunmuş, düzgün olaraq onun əməli İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait,İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən məhkəmə onun yaşını və inzibati xəta törətməsini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, borclunun uzun müddət borcu ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsini və qaçıb gizlənməsini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inizbati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inizbati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inizbati həbs olunsun. Həbs etmənin əvvəli 11 sentyabr 2024-cü il saat 18:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-157/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-157/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver