Məhkəmə qərarları › İş №3(030)-160/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-160/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-160/2023 12.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədriliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1971-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən rayonu Təzəkənd kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra AR İXM) 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən RPŞ-dən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Daşkəsən RPŞ-nin YPX-nin inspektoru, polis serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan və iş materiallarında olan digər sənədlərdən görünür ki, nəqliyyat vasitəsini idarə edən Şəxs sərxoş vəziyyətdə xx.xx.2023-cü il tarixdə VAZ 21074 MİNİK markalı **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən VAZ 21074 MİNİK markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, yolnəqliyyat hadisəsi törətmiş və nəticədə VAZ 21074 MİNİK markalı **-EU-*** markalı avtomobilə maddi zərər vurmuşdur. Bununla o, Azərbaycan Respublikası İXM-nin 333.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta ilə bağlı təqsirini etiraf edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində ilə idarə etdiyi VAZ 21074 MİNİK markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Gəncə-Daşkəsən yolunun 16-cı km-də olan zaman spirtli içki qəbul etdiyi üçün idarə etməni itirərək VAZ 21074 MİNİK markalı **-EU- *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödəmiş və onunla barışmışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şəxsin müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan ACE Z-Series markalı alkotestirin 26 iyun 2023-cü il tarixli analizindən görünür ki, Şəxs 2,613 promil miqdarında sərxoşluq aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda mşəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsini idarə edən Şəxs idarə etdiyi “VAZ 21074 MİNİK markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə Gəncə-Daşkəsən yolunun 16-cı km-də olarkən ötmə qaydasını pozaraq eyni istiqamətdə hərəkət edən “VAZ VAZ 21074 MİNİK markalı **- EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qanadından vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə VAZ 21074 MİNİK markalı **-EU-*** dövlət qeydiyyat nişanlı markalı avtomobilə ziyan vurmuşdur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünü təqsirli bilməsi ilə yanaşı işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh olaraq nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması, əsas tənbeh kimi inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 31, 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən rayon İcra və Probasiya Şöbəsi və Gəncə RQİŞ və TBŞnə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar