Məhkəmə qərarları › İş №3(030)-161/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-161/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-161/2024 17.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Mən, Daşkəsən Rayon Məhkəməsinin hakimi X1, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyən etdim: Daşkəsən rayon X3 Patrul xidməti inspektoru polis sıravisi Hacıyev Mobil tərəfindən Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə protokolu nəzərdən keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğuna və inzibati material verilərkən inzibati xəta törədən şəxs təqdim olunmadığına görə məhkəmə baxışının təşkili mümkün olmadığından inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Göründüyü kimi iş üzrə materiallar natamam olmuş həmçinin inzibati xəta törədən şəxsin məhkəməyə təqdim edilməsi ilə əlaqədar olaraq Daşkəsən rayon Polis şöbəsi tərəfindən zəruri icra tədbirləri görülməmiş, və inzibati xəta törədən şəxs məhkəməyə təqdim edilməmişdir. Odur ki, Şəxs oğlunun AR İXM-nin 332.4, 327.1 və 327.6-cı maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə təqdim olunmuş materiallar natamamdır və işə baxılarkən materialların tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolda qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün Daşkəsən rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs oğlunun barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol Daşkəsən rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar