Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-162/2025 17.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X13 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Şubanı-1 H/Şəh qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Xoşbulaq kənd ərazisində ictimai yerdə uca səslə nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati xəta haqqında protokol, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Bundan başqa X6 qanunsuz yolla narkotik vasitə əldə edərək istifadə etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-164/2025 saylı inzibati iş, MN ******* saylı protokol üzrə 3(030)- 163/2025 saylı inzibati iş və MN ******* saylı protokol üzrə 3(030)-162/2025 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-162/2025 sayla baxışa təyin edilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində sərxoş vəziyyətdə olmuş və ictimai yerdə nalayiq söyüşlər işlətdiyi üçün polis əməkdaşları onu nizam-intizama dəvət etmiş lakin o, hərəkətlərini davam etdirmişdir. Daşkəsən rayonu Xoşbulaq kəndində xidmətdə olan polis əməkdaşları tərəfindən o, Daşkəsən RPŞ-nə gətirilmişdir. Sonra onun müayinəsi zamanı işdə olan Narkoloji Dispanserinin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli 2570/2025 nömrəli protokoldan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan THC (marixuana) aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daşkəsən rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X8 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Xoşbulaq kənd ərazisində olarkən şəxsi avtomobilində ailəsi ilə mübahisə edərək səs-küy salmış və nalayiq ifadələr işlətmişdir. Həmin vaxt xidmətdə olan Daşkəsən Rayon Polis Şöbəsinin PPXB-nin polis əməkdaşları X12 və X3 tərəfindən ictimai yerdə səs-küy salmaması və nizam intizama dəvət olunması üçün ona yaxınlaşmaq istəsələr də o, buna məhəl qoymayaraq avtomobilini sürməyə davam etmişdir. Sərxoş vəziyyətdə olduğu üçün bu barədə Yol Patrul Xidmətinin əməkdaşlarına məlumat verilmiş və Daşkəsən şəhər ərazisində Yol Patrul xidmətinin əməkdaşlarını tərəfindən saxlanılmışdır. Bundan sonra o polis əməkdaşları tərəfindən Daşkəsən Rayon Polis Şöbəsinin növbətçi hissəsinə aparılıb təhvil verilmişdir. Göstərilən hallar əsasında şəxsin barəsində inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, himayəsində üç azyaşlı uşağı var. İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibədə ciddi yaralar aldığı üçün təxris olunmuşdur. İkinci qrup əliliyi vardır. İkinci Qarabağ müharibəsində iştirak edərək yaralanmış və bundan sonra psixoloji vəziyyətində ciddi problemlər yarandığı üçün bununla əlaqədar tez-tez müalicələr götürür. İnzibati xəta törətməsinə səbəb olacaq hadisə xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndindən Gəncə Şəhəri istiqamətində avtomobil ilə hərəkətdə olan zaman avtomobilində həyat yoldaşı ilə mübahisə etməsi olmuşdur. İnzibati xəta hadisəsi baş verməzdən bir gün qabaq ailəsi ilə birlikdə Xoşbulaq kəndinə istirahat etmək üçün gəlmişdir. Hadisə baş verməzdən qabaq spirtli içki qəbul etmişdir. Xəstəliyi ilə əlaqəli dərman vasitəsi istifadə etdikdən sonra spirtli içki qəbul etdiyi üçün psixologiyası daha da pozulmuş və özünü idarə etməsi çətinləşmişdir. Spirtli içki qəbul etdiyindən və psixoloji vəziyyətindən aslı olaraq yolda avtomobilində ailəsi ilə mübahisə etmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman və bundan sonra məni Daşkəsən Rayon Polis şöbəsinə apardıqları vaxt polislərə qarşı və ya digər hər hansı qanunsuz hərəkətlərə yol verməmişdir. Narkotik vasitə qəbul edən olmamışdır. Psixoloji vəziyyətində yaranmış ciddi pozuntularla əlaqədar həkim resepti əsasında qəbul etdiyi dərman vasitələrinin tərkibində də narkotik tərkibi maddələr olmuşdur. Analiz nümunəsində narkotik vasitə aşkar olunması ola bilər ki, qəbul etdiyi dərman vasitəsi əlaqəli olmuşdur. Heç vaxt nə narkotik vasitə nə də spirtli içki aludəçisi olmamışdır. İstənilən vaxt narkotik vasitə istifadəçisi olması ilə bağlı analiz nümunəsi verə və ekspertizadan keçəməyə razıdır. Məhkəmə iclasında şahid qismindən dindirilən X7 PPXB-nin polis nəfəri X10 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Xoşbulaq kənd ərazisində xidmətdə olarkən adı sonradan məlum olan Şəxs niva markalı avtomobildə səs-küy saldığını və nalayiq ifadələr işlətdiyini görmüşlər. O, digər polis X3 ilə ona yaxınlaşıb ictimai yerdə bu cür hərəkətlərə yol verməməsi bildirmək istəsələr də Şəxs onların avtomobili saxla tələbinə məhəl qoymayaraq onlar yaxınlaşana kimi avtomobili sürərək oradan uzaqlaşmışdır. Bundan sonra Əliyev X5 rayonu Yuxarı Daşkəsən ərazisində bir dəfə avtomobilini saxlamış lakin yenədə onlara məhəl qoymayaraq avtomobili sürməyə davam etmişdir. yol patrul xidməti əməkdaşlarının köməkliyi ilə onu Daşkəsən şəhərində saxlamaq mümkün olmuşdur. Saxladıqdan sonra onu gətirib Daşkəsən Rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verib getmişlər. Məhkəmə iclasında şahid qismindən dindirilən X7 PPXB-nin polis nəfəri X1 Tusin Aqil oğlu bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Xoşbulaq kənd ərazisində xidmətdə olarkən adı sonradan məlum olan Şəxs niva markalı avtomobildə səs-küy saldığını və nalayiq ifadələr işlətdiyini görmüşlər. O, digər polis X10 ilə ona yaxınlaşıb ictimai yerdə bu cür hərəkətlərə yol verməməsi bildirmək istəsələr də Şəxs onların avtomobili saxla tələbinə məhəl qoymayaraq onlar yaxınlaşana kimi avtomobili sürərək oradan uzaqlaşmışdır. Bundan sonra Əliyev X5 rayonu Yuxarı Daşkəsən ərazisində bir dəfə avtomobilini saxlamış lakin yenədə onlara məhəl qoymayaraq avtomobili sürməyə davam etmişdir. yol patrul xidməti əməkdaşlarının köməkliyi ilə onu Daşkəsən şəhərində saxlamaq mümkün olmuşdur. Saxladıqdan sonra onu gətirib Daşkəsən Rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verib getmişlər. Məhkəmə qeyd edir ki, hər bir inzibati xətaya aid mühüm əhəmiyyətə malik olan bütün halları tam ataşdırılmamışdır. Belə ki, hadisə zamanı şəxs ictimai yerdə olsa da, iş materialarında və məhkəmədə dindirilən şəxslərin izahatlarından göründüyü kimi şəxs minik avtomobilinin içərisində öz ailə üzvləri ilə mübahisə etmişdir. Polis əməkdaşları onun bu davranışını kənardan müşahidə etmişlər. Onlar avtomobilə yaxınlaşana qədər Şəxs onların avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmışdır. Yəni polis əkdaşları ona hər hansı bir tələb bildirmək imkanını əldə edə bilməmişlər. Onun yol patrul xidməti əməkdaşlarının köməkliyi ilə saxlanıldığı bildirilsə də həmin anı əks etdirən audio-video görüntü iş materiallarında mövcud deyildir. Onun sonrakı hərəkətləri və ya hərəkətsizliyi barədə iş materiallarında sübutlar mövcud deyildir. Qeyd olunanlardan başqa, protokolda göstərilir ki, Şəxs sidiyində narkotik vasitə olan THC (marixuana) aşkar edilmişdir. Bu barədə rəy işə əlavə edilir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə bildirmişdir ki, psixoloji vəziyyətində yaranmış ciddi pozuntularla əlaqədar həkim resepti əsasında qəbul etdiyi dərman vasitələrinin tərkibində də narkotik tərkibi maddələr olmuşdur. Analiz nümunəsində narkotik vasitə aşkar olunması bunlarla bağlı ola bilər. ola bilər ki, qəbul etdiyi dərman vasitəsi əlaqəli olmuşdur. Aşkar olunmuş narkotik vasitənin həkimin göstərişi əsasında qəbul edilən dərman vasitələrinin qəbulu nəticəsində olub-olmaması halı yoxlanılmamış, şübhə və ehtimal doğuran bu kimi hallar tam araşdırılmamışdır. Ona görə də iş materialları yenidən baxılması üçün protokolu tərtib etmiş orqna geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106-111-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün Daşkəsən Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardadan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-162/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-162/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver