Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-165/2024 26.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon X14 Patrul Xidməti inspektoru X5, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 və onun müdafəiçisi Vəkil iştirakı ilə, xx.xx.1990-cı ildə Daşkəsən rayonu Xoşbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu, Xoşbulaq kəndində yaşayan, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 327.1, 327.6 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: X7 xx.xx.2024-cü ildə, saat 20:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” minik markalı **-FB-*** dövlət qeydiyyatlı avtomaşınla Daşkəsən rayonu Xoşbulaq kəndində hərəkət edərkən X2 məxsus “VAZ 111-94” minik markalı **-BF- *** dövlət qeydiyyatlı avtomaşınla toqquşmuşdur. Bununla da, X4 AR İXM 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon X14 Patrul Xidməti inspektoru X5 tərəfindən 16 sentyabr 2024-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Daşkəsən rayon X14 Patrul Xidməti inspektoru X6 bildirmişdir ki, X7 xx.xx.2024-cü ildə, saat 20:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” minik markalı **-FB-*** dövlət qeydiyyatlı avtomaşınla Daşkəsən rayonu Xoşbulaq kəndində hərəkət edərkən X2 məxsus “VAZ 111- 94” minik markalı **-BF-*** dövlət qeydiyyatlı avtomaşınla avtomaşınla toqquşmuşdur. Hadisə yerindən yayınaraq qaçmışdır. Buna görə də, X7 barəsində protokol tərtib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 AR İXM-nin 332.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, Daşkəsən rayon Məhkəməsinin qərarı ilə sürücülük hüququ məhdudlaşdırılmışdır. Lakin, sürücülük vəsiqəsini özündə saxlanışdır. xx.xx.2024-cü ildə, saat 20:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Daşkəsən rayon Xoşbulaq kəndində ara məsafəsini düzgün saxlamadığı üçün “VAZ 111-94” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən toqquşmuş, nəticədə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Toqquşma zamanı xəsarət almamışdır. Əməlindən peşmandır, Vətən müharibəsinin iştirakçısıdır, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki, xx.xx.2024-cü ildə, saat 20:00 radələrində “VAZ 21074” minik markalı **-FB-*** dövlət qeydiyyatlı avtomobil Daşkəsən rayon Xoşbulaq kəndində onun idarə etdiyi “VAZ 111-94” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxa tərəfdən vuraraq hadisə yerindən qaçmışdır. Heç bir xəsarət almamışdır. Dəymiş maddi zərərlə bağlı razılığa gəlmişdir. İnzibati xəta törədən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs hal-hazırda əməlindən peşmandır. Məhkəmədən cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Daşkəsən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(030)- 114/2023 saylı qərarında görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə, inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, protokolu tərtib edən şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X13 nəqliyyat vasitəsini sürücülük hüququ məhdudlaşdırılmış müddət ərzində idarə etməsi nəticəsində inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalara baxılması məhkəmənin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini X4 məsuliyyətini yüngülləşdirən hallar hesab edir, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş X7 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi 332.4-cü maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X7 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalara münasibətdə xitam verilsin. Qərarın icrası Daşkəsən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Daşkəsən rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-165/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-165/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver