Məhkəmə qərarları › İş №3(030)-166/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-166/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-166/2023 26.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Daşkəsən Rayon Polis Şöbəsinin DYPB-sı tərəfindən xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən görünür ki, inzibati xəta hadisəsi törətmiş şəxsin qeydiyyat ünvanı Gədəbəy rayonu Əyrivəng kəndidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Maddənin məzmunundan da göründüyü kimi inzibati xəta haqqında işə baxılması səlahiyyəti onun törədildiyi yerdə yerləşən Gədəbəy rayon Məhkəməsinindir. Belə ki, AR İXM-nın 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmə yeri inzibati xəta törətmiş şəxsin faktiki olaraq qeydiyyatda olduğu yer hesab olunur. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Ona görə də hesab edirəm ki, qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 109-111, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilsin. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar