Məhkəmə qərarları › İş №3(030)-166/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-166/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-166/2024 30.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Daşkəsən rayon Qazaxyolçular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, subay, işləməyən, Daşkəsən rayon Qazaxyolçular kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 30 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(043)-609/2022 saylı icra sənədi üzrə borclu Şəxs Zərərçəkmiş şəxs 4043 (dörd min qırx üç) manat məbləğində aliment borcu vardır. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 bildirmişdir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(043)-609/2022 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkara 4043 (dörd min qırx üç) manat məbləğində aliment borcu qalmışdır. Borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, borclu tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd edilənlərə əsasən, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, borcun qalmasına səbəb onun brüselyoz xəstəliyinə tutulduğuna görə aylar ərzində işsiz qalmasıdır. Özü 44 günlük Vətən müharibəsinin iştirakçısıdır və buna görə də 80 manat müavinət alır. Həmin məbləğdən hər ay 56 manat aliment borcuna ödənilir. Qeyd etdiyi kimi ağır formada brüselyoz xəstəsidir. Bununla belə bir neçə gündür ki, əmək müqaviləsi ilə işə qəbul edilmişdir. Yeni iş yerindən alacağı əmək haqqı ilə aylıq və ödənilməmiş aliment borcunu ödəyəcəyəkdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə əlavə olunmuş “CMS” sistemindən çıxarışdan görünür ki, Şəxs vətən müharibəsi iştirakçısıdır və buna görə də, 80 manat məbləğində müavinət alır. İşə əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin surətindən görünür ki, Şəxs rəsmi olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də işləmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin icra edilməməsi yalnız üzürsüz səbəbdən və qərəzli şəkildə olduqda qeyd edilən inzibati xətanın tərkibini yaradır. Bu kimi hallar hazırkı vəziyyətdə aşkar olunmur. Belə ki, borclu rəsmi olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də işləmiş və həmin müddət ərzində onun qazancından tutma aparılması mümkün olmuşdur. xx.xx.2024-cü il tarixdən sonrakı vaxtlarda 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğuna görə aldığı aylıq 80 manat müavinətin 56 manat hissəsi hər ay onunaliment borcuna ödənilir. İcra məmurunun çağırışlarına könüllü olaraq gəlməklə yayınma hallarına yol verməmişdir. Hazırda yeni işə qəbul edildiyini bildirir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar