Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-166/2025 23.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən rayon Məhkəməsinin hakimi X4, Daşkəsən rayon X7 Polisi Bölməsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X1 rayon X7 Polisi Bölməsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Daşkəsən Rayon Məhkəməsinə şikayət edərək həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Daşkəsən Rayon Polis Şöbəsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materialını araşdırıb hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta Daşkəsən rayonu ərazisində törədilmişdir. Cərimə növündə inzibati tənbeh vermə haqqında qərar Daşkəsən rayon Polis şöbəsi tərəfindən çıxarılmışdır. Barəsində inzibati xəta haqqında tənbeh qərarı çıxarılmış şəxs X2 yaşayış yeri ünvan 1 ünvanıdır. İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110,112,129 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Daşkəsən rayon X7 Polisi Bölməsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-166/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-166/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver