Məhkəmə qərarları › İş №3(030)-167/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-167/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-167/2025 21.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, X4 iclas katibliyi, protokolu tərtib edən şəxs Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 10 saylı X2 müfəttişi Əhmədli X9, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.1.1 və 264.0.3-cü maddələri ilə tərtib olunmuş Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 10 saylı X1 daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 10 saylı X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.1 və 264.0.3-cü maddələri ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Qoşqar çayının Daşkəsən rayon Xoşbulaq kəndindən ərazisindən keçən hissəsindən icazə olmadan, özbaşına çayın sol sahilinə beton piltələr düzülmüş, çay yatağı qazılaraq səviyyəsi aşağı salınmış və çayda qazıntı işləri aparılmışdır. Məhkəmə iclasında protokolu tərtib edən şəxs Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 10 saylı X2 müfəttişi Əhmədli X9 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən qanunsuz olaraq Qoşqar çayının Daşkəsən rayon Xoşbulaq kəndindən ərazisindən keçən hissəsindən icazə olmadan, özbaşına çayın sol sahilinə beton piltələr düzülmüş, çay yatağı texniki qurğular vasitəsilə qazılaraq səviyyəsi aşağı salınmışdır. Məhkəmədən inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək izahatında bildirmişdir ki, Texniki qurğular gətirərək çayda qazıntı işləri apartmış, çayın sahilinə beton piltələr düzdürtmüşdür. Məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İşə əlavə olunmuş fotoşəkillərdən çayın sol sahilinə beton piltələrin düzülməsi və çayda texniki qurğular vasitəsi ilə qazıntı işlərinin aparılması görünür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.1 və 264.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etiraf etməsi və iş materialları ilə tam sübuta yetirilmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.1.1 və 264.0.3-cü maddələri ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati qaydada tənbeh edilməlidir. “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 56 nömrəli qərarının 23-cü bəndinə əsasən, 23. Bu Qaydaların 22-ci bəndində göstərilən məhdudiyyətlərə əlavə olaraq, su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, quraşdırma, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılmasını qadağan edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.1-ci maddəsinə əsasən, su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 264.0.3-cü maddəsinə əsasən, su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması nəticəsində Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə şəxsin əməlini etiraf etməsini yüngülləşdirən hal kimi sayılır. Şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinin tələbinə uyğun olaraq onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, şəxsin əməlini etiraf etməsini və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə tənbehi tətbiq edilməlidir Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.1 və 264.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinin sanksiya çərçivəsində tənbeh edilərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar