Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-17/2024 14.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Elsevər oğlunu Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Daşkəsən rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 28 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Daşkəsən rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə daxil olmuş materialları nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokolun 329.1-ci maddəsi ilə olan hissəsi və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İş materiallarında inzibati xəta haqqında iş üzrə törədilməsi ehtimal edilən inzibati xəta nəticəsində şəxs inzibati məsuliyyətə cəlb olunması üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasından ötrü məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. AR İXM-nın 43.1-ci maddəsinə əsasən İXM-nın 329.1-ci maddəsi üzrə işlərə baxılması rayon (şəhər) məhkəmələrinin aidiyyəti deyildir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Elsevər oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 3229.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Daşkəsən rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 28 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola baxılması rayon (şəhər) məhkəmələrinə aidiyyəti olmadığı üçün nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı materiallar baxılması və qərar qəbul edilməsi üçün Daşkəsən rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100-110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Elsevər oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair 28 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair materiallar Daşkəsən rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-17/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-17/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver