Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-17/2025 18.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin DYPB-nin inspektoru X2 iştirakı ilə, xx.xx.1981-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən rayonu Xoşbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra AR İXM) 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Daşkəsən RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən- Xoşbulaq yolunun 5-ci km-də «Daewoo» markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Daşkəsən rayon DYPB-in əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış materiallar ilə birlikdə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin faktla bağlı Daşkəsən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 329.1 və 333.1-ci maddələri ilə 02 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin DYPB-nın inspektoru X3 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə səhər saat 11:40 Daşkəsən-Xoşbulaq yolunda avtomobillə hərəkət edərkən onun spirtli içki qəbul etməsi yoxlanımış və spirtli içki qəbul etməsi təsdiqini tapmışdır. O, alkotester müayinəsini bildirən qəbzə və protokola imza edərək razılıq bildirmişdir. Əgər, imza etməsə idi onu həkim müayinəsinə aparmalı idilər. Ona görə də barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:40-da istifadəsində olan «Daewoo Racer» markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşkəsən rayonu Xoşbulaq kənd yolunda X7 Polisi Şöbəsinin əməkdaşı tərəfindən saxlanılmışdır. YPX inspektoru onun sənədlərini yoxlayarkən guya ondan spirtli içki qoxusunun gəldiyini əsas gətirib alkotester müayinəsindən keçirmişlər. O, avtomobili sərxoş vəziyyətdə idarə etmiş olması ilə razı deyildir. Belə ki, o, 31 dekabr tarixində spirtli içki qəbul etmişdir ki, həmin vaxta qədər onun təsiri qala bilməzdii. Baxmayaraq ki, o, saxlanılan zaman alkotester müayinəsini bildirən qəbzə və protokola imza edərək razılıq bildirmişdir. Lakin, razılıq bildirməsinin səbəbi həmin vaxt orada olan xalası oğlunun ona razılaşmanı məsləhət bilməsi olmuşdur. O, xalası oğlunun məsləhət etməsinə görə razılıq bildirərək sənədləri imzalamışdır. Sonradan səhv etdiyini düşünmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli 01301 nömrəli alkotester müayinəsinin nəticəsi barədə kağız daşıyıcıda əks etdirilən nəticədən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:12-də fiziki şəxs Şəxs alkotester müayinəsindən keçirilmiş və onda alkoqolun miqdarı 1.261 faiz təşkil etmişdir. Qəbz Şəxs tərəfindən imza edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 02 yanvar 2025-ci il tarixdə saat 11:40-da «Daewoo Racer» markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşkəsən-Xoşbulaq kəndi yolunun 5-ci km hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə və nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə Şəxs barəsində AR İXM-nın 329.1 və 333.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin protokolda “razıyam, etirazım yoxdur” sözlərinin qarşısına imza etməklə sənəddə yazılanlarla razı olduğunu bildirmişdi. İşdə olan xx.xx.2025-ci il tarixli 01 nömrəli nəqliyat vasitəsini idarə etməkdən kənarlaşdırma və ya sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə protokolundan görünür ki, «Daewoo Racer» markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs avtomobili spirtli içki qoxusu gəldiyi üçün avtomobili idarə etməkdən kənarlaşdırılmış və avtomobil Daşkəsən RPŞ-nin dayanacığına aparılmışdır. Həmin protokola da Şəxs imza etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 14/2025 nömrəli Gəncə Şəhər Narkoloji Dispanserin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, alkotestr müayinəsi keçirilmiş və Şəxs ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib edən şəxsin izahatlarını dinləyib, işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, Şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi qanunamüvafiq qaydada sübuta yetirilmişdir. Belə ki, alkotester müayinəsinin nəticəsi əsasında şəxsin xx.xx.2025-ci il tarixdə saat 11:12-də alkoqoldan istifadə olunma nəticəsində avtomobili sərxoş vəziyyətdə idarə etməsi faktı təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunan protokolu və alkotestr müayinəsinin qəbzini imzalayaraq qeyd olunanlarla razı olduğunu bildirmişdir. Onun müraciəti əsasında həkim tərəfindən aparılmış növbəti alkotestr müayinəsi isə həmin gün saat 15:36-da olmaqla, ilk alkotestr müayinəsindən dörd saat sonra keçirilmişdir. Məhkəmə sərxoşluq vəziyyətinin fərqli nəticələrini əks etdirən sənədləri müqayisə edərək belə qənaətə gəlir ki, hər iki nəticə alkotestr müayinəsi əsasında aşkar olunmuş və onların aşkar olunma üsullarına görə fəqrlilik mövcud deyildir. Lakin, ilk alkotester müayinəsi sonrakından dörd saat əvvəl olduğundan daha çox sübuti əhəmiyyətə malikdir. AR İXM-nın 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmçinin “Yol-patrul xidməti haqqında Təlimatın” 5.11-ci maddəsinə əsasən şəxs alkotester və ya narkotesterlə aparılan müayinənin nəticəsi ilə razılaşmadıqda hal şahidlərinin iştirakı ilə “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol” tərtib olunur (Təlimata 14 nömrəli əlavə) və o, tibbi müayinə olunması üçün dövlət tibb müəssisəsinə göndərilir. Həmin Məcəllənin 96.3-cü maddəsinə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi icraatında inzibati xəta haqqında material olan dövlət orqanın üzərinə düşür. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilməlidir. AR İXM-nın 43.1-ci maddəsinə əsasən İXM-nın 329.1-ci maddəsi üzrə işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid deyildir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Ona görə də Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-cü maddəsində nəzərdə tutulmuş əmələ görə işin materilları baxılması üçün Daşkəsən RPŞ-nin DYPB-nə göndərilməlidir. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 106-114, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs AR İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs İXM-nın 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı materiallar baxılması üçün Daşkəsən RPŞ-nin DYPB-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-17/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-17/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver