Məhkəmə qərarları › İş №3(030)-170/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-170/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-170/2024 10.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Daşkəsən Rayon Polis Şöbəsinin DYPB-sı tərəfindən xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. X1 Rayon Polis Şöbəsinin DYPB-sı tərəfindən xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verə bilər. İş üzrə sənədlərdən görünür ki, şikayət vermiş şəxs X3 yaşayış yeri Gəncə şəhəri, Təbriz küçəsi ev 94b, mənzil 58-dir. Ona görə də məhkəmə hesab edir ki, X5 tərəfindən Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 129.1.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 tərəfindən Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar