Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-170/2025 24.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin nümayəndəsi polis sahə rəisi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili (müdafiəçi) X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Daşkəsən şəhəri, Nizami küçəsi, ev 18, mənzil 40-da qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2025-ci il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar Daşkəsən rayon Polis Şöbəsi tərəfindən tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-170/2025 nömrəli, MN ******* saylı protokol üzrə 3(030)-171/2025 nömrəli inzibati xətalar haqqında işlər bir icraatda birləşdirilərək 3(030)-170/2025 sayla baxışa təyin edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında Daşkəsən rayon Polis Şöbəsinin nümayəndəsi sahə rəisi X8 protokolun məzmununa uyğun izahat verərək Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, üç azyaşlı uşağı var. Üçüncü qrup əlildir. Namazov Eyvaz ilə birlikdə spirtli içki qəbul etmişdir. Sonra yataqxanada qonşusu İsmayılov Aybəniz onun barəsində “102” xidmətinə şikayət etmişdir. Polis onu aparmaq istədikdə aralarında mübahisə baş vermişdir. Hazırda etdiyi əməldən peşmandır və birdə bu cür hərəkətlərə yol verməyəcəyini bildirir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daşkəsən rayon Polis Şöbəsinin İTBin polis nəfəri X5 izahatında göstərmişdir ki, İsmayılova Aybəniz tərəfindən Arzu barəsində şikayət daxil olmuşdur. Polis əməkdaşları Arzuya yaxınlaşaraq barəsində şikayət olduğunu bildirmişdir. Həmin vaxt X11 yanında olmuşdur və Arzunun şöbəyə aparılmasına mane olan zaman Arzu qaçıb, Daşkəsən rayon Polis şöbəsinin arxasında yerləşən yataqxanın üçüncü mərtəbəsində gizlənməyə çalışmışdır. Onlar Arzunun tutub şöbəyə gətirdikdə ünvansız söyüşlər söymüş və onların qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili (müdafiəçi) X2 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə bağlı əməllər öz təsdiqini tapmadığı üçün iş üzrə həmin maddəyə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi əməlləri etiraf etməsi ilə ictimai qaydanı pozması və ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması aşkar şəkildə görünmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli alkotester qəbzindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:20-də 0.481 promil dərəcə sərxoş olmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə törədilmiş inzibati xətalara görə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* və MN ******* nömrəli protokollar üzrə İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Bayramov X7 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İnzibati Xətalar Məcəlləsinin daha ciddi hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya dair iş üzrə icraatın iştirakçılarının izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, Şəxs oğlunun əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə nalayiq ifadələr işlədərək, yəni, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, həmçinin qanunvericiliklə müəyyən edilən davranış qaydalarına zidd hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da xırda xuliqanlıq hərəkətinə yol vermiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs səmimi peşmançılığını və işin sair hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiya çərçivəsində tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 510, 535.1, 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiya çərçivəsində tənbeh edilərək 150 manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Daşkəsən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-170/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-170/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver