Məhkəmə qərarları › İş №3(030)-173/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-173/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-173/2024 09.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, xx.xx.1995-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Daşkəsən rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs AR İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində cərimə təyin olunmasına dair AR DİN BDYPİ-nin qərarlarını qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, Şəxs AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində EQ 19658446 nömrəli protokol əsasında çıxarılmış eyni nömrəli elektron qərar üzrə təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 19658446 nömrəli elektron qərarın surətindən görünür ki, Şəxs AR İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 10 manat məbləğində inzibati cərimə olunmuşdur. İşə əlavə olunmuş “AsanPay Ödəniş Portalı”nin çıxarışından görünür ki, Şəxs barəsində tərtib olunmuş barəsində EQ 19658446 nömrəli protokol əsasında çıxarılmış eyni nömrəli elektron qərar üzrə təyin edilmiş cərimə ödənilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. AR İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev əsli ilə düzdür Hakim: Mustafa Mustafayev Qərar 20 dekabr 2022-ci ildə qanuni qüvvəyə minmişdir. Sədr vəzifəsini müvəqqəti icra edən: Mustafa Mustafayev İş № 3(030)-215/2023 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ MƏHKƏMƏ BAXİŞ İCLASİNİN PROTOKOLU Daşkəsən Rayon Məhkəməsi 15 sentyabr 2023-cü il Daşkəsən şəhəri X2 Əli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxılır. İclas saat 15:05-də başlandı. Sədrlik edən məhkəmə iclasını açaraq Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında işə baxıldığını və işin qısa məzmununu elan edir. Sədrlik edən məhkəmə prosesi iştirakçısının gəlməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Məhkəmə iclasının katibi məruzə edərək göstərir ki, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Şəxs oğlu üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçirir. Sədrlik edən qərarın çıxarılması üçün müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdır və qərarı oxuyub elan edir. Qərardan şikayət verilməsi müddətini və qaydasını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 15:15-də bağlı elan edir. Protokol 15 sentyabr 2023-cü il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: _______________________ Mustafa Mustafayev Katib: ________________________ Bəylər Fərzəliyev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri M.Əsədov küçəsi, 17. Tel:(022)215-56-44. Faks:(022)215-47-55. İş 3(030)-155/2023 03 iyul 2023-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 idarəsinin rəisi, polis generalmayoru cənab Ramiz Zeynalova Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 idarəsinin X3, İmtahan və Texniki Baxış şöbəsinin rəisi, polis mayoru cənab Eldar Əliyevə surəti: Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə surəti: Şəxs oğluna (Daşkəsən rayonu, Bayan kəndi) Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 3(030)-155/2023 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qərarın icraata götürülməsi barədə mütləq şəkildə məhkəməyə rəsmi məlumat verilməsini xahiş edirik. Qə rarın icraata götürülməsi barədə mütləq şəkildə məhkəməyə Qoşma: Qərarın surəti (hər bir ünvana) – “01” vərəqədə. Sədr vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri M.Əsədov küçəsi, 17. Tel:(022)215-56-44. Faks:(022)215-47-55. İş 3(030)-102/2023 01 may 2023-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 idarəsinin rəisi, polis generalmayoru cənab Ramiz Zeynalova Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 idarəsinin X3, İmtahan və Texniki Baxış şöbəsinin rəisi, polis mayoru cənab Eldar Əliyevə surəti: Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki, cənab Seymur Əfəndiyevə surəti: Şəxs oğluna (Daşkəsən şəhəri S.Vurğun küçəsi ev 17A mənzil 12-də) Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 3(030)-102/2023 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qərarın icraata götürülməsi barədə mütləq şəkildə məhkəməyə rəsmi məlumat verilməsini xahiş edirik. Qoşma: Qərarın surəti (birinci və ikinci ünvana) - «_01_» vərəqədə. Hörmətlə, Sədr vəzifəsini müvəqqəti icra edən: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar