Məhkəmə qərarları › İş №3(030)-173/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-173/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-173/2025 06.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim X1, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, xx.xx.2005-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, Şəxs Azərbaycan Respublikasının X4 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə icalsında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 20 iyul 2025-ci il tarixdə saat 19:19-da Daşkəsən rayon ərazisində «Changan Uni-V» minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalı ilə qabaqcadan təchiz edərək istifadə etməklə idarə etmişdir. Bununla da Şəxs X4 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş protokolu tərtib edən orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir İşdə olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:19-da «Changan Uni-V» minik markalı **- PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozaraq müvafiq icazə olmadan nəqliyyat vasitəsində xüsusi səs siqnalı ilə təchiz edilməsi hallarına yol verilmişdir. İşdə olan foto görüntüdən görünür ki, avtomobil «Changan Uni-V» minik markalı **- PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Daşkəsən Rayon Polis Şöbəsində vermiş olduğu izahatında ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, «Changan Uni-V» minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman həmin avtomobildə xüsusi (çoxavazlı) səs siqnalı istifadə etmişdir. YPX əməkdaş tərəfindən saxlanılaraq barəsində inzibati protokol tərtib edilmiş və onun iştirakı ilə avtomobilə quraşdırılmış səs siqnalı sökülmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Daşkəsən RPŞ-in DYPB-nin YPX inspektoru X8 YPX-inspektoru X10 vətəndaş Daşkəsən şəhəri İ.Qayıbov küç ev 16 m 2-də yaşayan X9 və Daşkəsən şəhəri Mədənçilər küç ev 7a m 3-də yaşayan X2 iştirakı ilə aktı tərtib edilmiş ondan ötəri ki, Daşkəsən RPŞ-in DYPB-nin YPX-i inspektoru tərəfindən Daşkəsən RPŞ-in mühafizə olunan duracağına yerləşdirilən "xxxx" MMC-yə məxsus olan Şəxs tərəfindən idarə edilən Changan Uni-V markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində çox avazlı səs siqnalının olmasından şübhələndiyi üçün hal şahidlərinin iştrakı ilə Şəxs idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobilin qabaq bamperin sol hissəsində quraşdırılmış işlək vəziyyətdə olan çox avazlı səs siqnalı aşkar edilmişdir. Akt iştirakçılar tərəfindən hər hansı bir vəsatət irəli sürülmədən imzalanmışdır. İşdə olan videogörüntüdən görünür ki, Şəxs idarə etdiyi «Changan Uni-V» minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq bamperin sol hissəsində işlək vəziyyətdə olan xüsusi (çoxavazlı) səs siqnalı və onun avadanlıqları quraşdırılmış, həmin səs siqnalı Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektorları tərəfindən dəvət edilmiş şəxs tərəfindən Şəxs iştirakı ilə akt tərtib olunmaqla sökülmüşdür. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, Şəxs inzibati xəta törətməsi xx.xx.2025-ci il tarixdə Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolla və işin digər halları ilə kifayət qədər sübuta yetirilmiş, düzgün olaraq onun əməli İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirlilik dərəcəsini və şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə onun barəsində inzibati xətanın predmeti olmuş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, 500 manat məbləğində inzibati cərimə tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın predmeti olmuş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar