Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-175/2025 05.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29167330 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29167330 saylı inzibati tənbeh vermə haqqında elektron ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə səlahiyyətli orqana və şikayət vermiş şəxs X4 rəsmi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikasının İXM-nın 133-cü maddəsinin tələblərinə uyğun olaraq işə səlahiyyətli orqanın və şikayət vermiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qeyd edilən maddənin məzmunundan görünür ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək hüququ barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsə məxsusdur. İşə əlavə olunmuş foto şəkillərin surətindən görünür ki, sürət həddini aşan **-UD- *** nömrə nişanlı nəqliyyat vasitəsidir və xx.xx.2025-ci il tarixli EQ 29167330 saylı inzibati tənbeh vermə haqqında qərar X6 barəsində deyil, X2 barəsində verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 106-114 və 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. xx.xx.2025-ci il tarixli EQ 29167330 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-175/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-175/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver