Məhkəmə qərarları › İş №3(030)-177/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-177/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-177/2024 08.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon X9 Patrul Xidməti inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1994-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Binyətli kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü ildə, saat 20:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” minik markalı **-EJ-*** dövlət qeydiyyatlı avtomaşını Daşkəsən rayonu Qaraqollar kəndində hərəkət edərkən avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşırdaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Bununla da, Şəxs AR İXM 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon X9 Patrul Xidməti inspektoru X4 tərəfindən 28 sentyabr 2024-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Daşkəsən rayon X9 Patrul Xidməti inspektoru X4 bildirmişdir ki, oğlu xx.xx.2024-cü ildə, saat 20:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” minik markalı **-EJ- *** dövlət qeydiyyatlı avtomaşını Daşkəsən rayonu Qaraqollar kəndində hərəkət edərkən avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşırtmışdır. Buna görə də, Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 332.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, xx.xx.2024-cü ildə, saat 20:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən hava dumanlı olduğuna görə yolun hərəkət hissəsini görməyərək yoldan çıxmış avtomobili dərəyə aşırtmışdır. Hadisə zamanı sərxoş olmamışdır. Zərərçəkmiş şəxs dəymiş maddi zərəri ödəyəcəyini və ikinci qrup əlil olduğunu bildirərək, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü ildə, saat 20:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” minik markalı **-EJ-*** dövlət qeydiyyatlı avtomaşını Daşkəsən rayonu Qaraqollar kəndində hərəkət edərkən avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşırdaraq ona maddi ziyan vurmuşdur. Avtomobili onun icazə olmadan götürmüşdür. Dəymiş maddi zərərlə bağlı razılığa gəlmişlər. İnzibati xəta törədən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə iclasında şahid Daşkəsən rayon X9 Patrul X1 bildirmişdir ki, hadisə barədə onlara məlumat verilmiş, onlar hadisə yerinə Daşkəsən rayon, Zağalı ərazi dairəsinə getdikdə “VAZ 21074” minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dərəyə aşdığını görmüşdür. İşə əlavə olunmuş Gəncə 1 saylı Avtokommision mağazasının xx.xx.2024-cü il tarixli 3640 nömrəli rəyindən görünür ki, “VAZ 21074” minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2741 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə, inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, protokolu tərtib edən şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan avtomobili idarə etməsi nəticəsində inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalara baxılması məhkəmənin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi 332.4-cü maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Şəxs yaşadığı yeri üzrə icra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Daşkəsən rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar