Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-178/2024 18.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim X1, X5 iclas katibliyi Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1956-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təqaüdçü, Daşkəsən rayon Xoşbulaq kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:45 radələrində Daşkəsən-Xoşbulaq yolunda mal-qaranın asfalt örtüklü yolla ötürülməsi qaydalarını pozmaqla zərər çəkmiş şəxs X8 maddi zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nın DYPB-nin inspektoru X10 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:45 radələrində Daşkəsən-Xoşbulaq yolunda özünə məxsus olan heyvanın asfalt örtüklü yola ötürmüşdür. Nəticədə X2- Xoşbulaq yolunda idarə etdiyi VAZ 2107 markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edən zaman bir baş iri buynuzlu heyvan avtomobil yolunda avtomobilin qarşısına çıxmışdır. Avtomobili saxlaya bilmədiyindən heyvanı vurmuş və avtomobilinə ziyan dəymişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində protokol tərtib olunaraq Daşkəsən Rayon Məhkəməsində göndərilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü tarixdə axşam saatlarında ona məxsus olan iri buynuzlu heyvanları yoldan keçirən zaman bir inəyini yolda maşın vuraraq öldürmüşdür. Heyvanı ötürmək üçün mal-qara keçidi olmadığından məcbur olaraq asfalt örtüklü yolla mal-qaranı ötürmüş, nəticədə bu hadisə baş vermişdir. Hadisə nəticəsində ona da ziyan dəymişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X11 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xoşbulaq kəndindən Daşkəsən şəhəri istiqamətinə gələn yolla hərəkətdə olan zaman iri buynuzlu heyvan qaçaraq avtomobilin hərəkət hissəsinə çıxmış və o, avtomobili saxlaya bilməyərək heyvanı vurmuşdur. Heyvan biraz hərəkət edib getdikdən sonra ölmüşdür. Sonra onlar avtomobili evakuatorla aparmışlar və avtomobilə təxminən 1600 manat dəyərində ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında kürəkəni Elşənin idarə etdiyi avtomobili ilə Xoşbulaq kəndindən Daşkəsən şəhəri istiqamətinə gələn yolla hərəkətdə olan zaman iri buynuzlu heyvan qaçaraq avtomobilin yolunun hərəkət hissəsinə çıxmış və Elşən avtomobili saxlaya bilməyərək heyvanı vurmuşdur. Daha sonra 5-10 metr irəlilədikdən sonra avtomobilə ziyan dəydiyi üçün avtomobil hərəkətdən dayanmışdır. Heyvan biraz hərəkət edib getdikdən sonra ölmüş və o heyvanın öldüyünü görərək bıçaq gətirib heyvanı kəsmək istəmişdir. İşdə olan Daşkəsən RPŞ-nın DYPB-nın xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolundan görünür ki, xx.xx.2024-cü tarixdə saat 20:45 radələrində Daşkəsən- Xoşbulaq yolunda Şəxs özünə məxsus olan heyvanın asfalt örtüklü yola ötürülməsi qaydalarını pozmaqla zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Gəncə avtomotoservis və ticarət müəssisənin 4012 nömrəli rəyindən görünür ki, zərər çəkmiş şəxs X7 idarə etdiyi “VAZ-2107” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1580 (min beş yüz səksən) manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəsəksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlllənin 338.5.5-ci maddəsinə əsasən, mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmişin və şahidin izahatı və iş üzrə digər sübutlarla təsdiqini tapır ki, Şəxs özünə məxsus olan heyvanı xx.xx.2024-cü tarixdə saat 20:45 radələrində nəzarətsiz buraxması nəticəsində X2-Xoşbulaq yolunda idarə etdiyi VAZ 2107 markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edən zaman həmin heyvanı vurmuşdur. Nəticədə avtomobil sahibinə maddi ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xəta törətmiş şəxs Şəxs məsuliyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində icra etdiyi halda tətbiq olunan cərimənin məbləğinin 10 (on) faizi miqdarında ödənişdən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 (bir) faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 (iki) aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-178/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-178/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver