Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-181/2025 30.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: Daşkəsən rayon X4 patrul xidməti baş inspektoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 334.3-cü maddəsində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Maddələrin məzmunundan göründüyü kimi inzibati xəta tərkibinin ən zəruri əlaməti hadisə nəticəsində sağlamlığa yüngül bədən xəsarətinin yetirilməsi və yaxud zərər çəkmiş şəxsə maddi zərər vurulması halının mövcud olmasıdır. Əgər zərərin vurulması halı baş vermişdirsə, belə olan vəziyyətdə zərər çəkmiş şəxs müəyyən olunaraq işə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0.5-ci maddəsinə inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardandır. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən, inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; hüquqi yardımdan istifadə etmək; iş üzrə qəbul edilmiş qərardan şikayət vermək və digər hüquqları vardır. Həmin Məcəllənin 62.4-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin Məcəllənin 100.1.9-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər protokolda göstərilməlidir. Hazırkı iş üzrə araşdırma aparılarkən yuxarıda qeyd olunan maddələrin tələblərinə əməl edilməyərək, iş üzrə zərər çəkmiş şəxs müəyyən olunmamış və araşdırma onun iştirakı olmadan aparılmışdır. İnzibati xəta haqqında protokolda və işin digər materiallarında zərər çəkmiş şəxslə bağlı məlumatlar qeyd olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol digər sənədlər düzgün tərtib edilmədiyinə görə Daşkəsən rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər sənədlər Daşkəsən rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-181/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-181/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver