Məhkəmə qərarları › İş №3(030)-182/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-182/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-182/2025 28.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, şikayət vermiş şəxs X6 və Gəncə şəhər Baş Polis İdarəsinin DYPB-nin, YPX-nın inspektoru X1 iştirakı ilə, Gəncə şəhər Baş Polis İdarəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. X6 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, idarə etdiyi Mercedes-Benz markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edən zaman qarşıdan gələn nəqliyyat vasitəsinə yol vermədiyinə görə qanunsuz olaraq cərimə edildiyini bildirərək, Gəncə şəhər Baş Polis İdarəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarının əsassız olduğu üçün ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılarkən şifahi vəsatət təqdim edərək Daşkəsən rayonunda yaşadığı üçün şikayətinə Daşkəsən Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, idarə etdiyi Mercedes-Benz markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə yol patrul xidmətinin əməkdaşı tərəfindən Gəncə şəhərində saxlanılmışdır. Polis əməkdaşı ona sola dönmə əməliyyatı edərkən qarşıdan gələn avtomobilə yol vermədiyini bildirərək, 100 manat məbləğində cərimə protokolu yazmışdır. Protokol qanunsuz tərtib edilmişdir, çünki o, sola dönmə əməliyyatı edən zaman Hyundai markalı avtomobil yol verib sol dönmə etmiş, qarşıdan gələn Lada markalı digər avtomobil isə xeyli uzaq məsafədə olmuşdur. Protokol qanunsuz tərtib edilmişdir. Daşkəsən rayonunda yaşadığı üçün şikayətini Daşkəsən Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsinin DYPB-nin, YPX-nın inspektoru X4 izahatında göstərmişdir ki, X6 xx.xx.2025-ci il tarixdə Mercedes-Benz markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sola dönmə hərəkəti edən zaman qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş yol ayrıcını keçmə qaydalarını pozmuşdur. Bu barədə video görüntü mövcuddur. Məhkəmə iclasında hadisəni əks etdirən videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, X2 dönmə əməliyyatı edən qarşıdan gələn “Lada 07” markalı nəqliyyat vasitəsinə yol verməmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin DYPB-nin YPX-nın inspektoru, X1 xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin DYPB-nin YPX-nın inspektoru, X1 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin və protokol tərtib edən şəxsin izahatlarını dinləyib, işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, protokol tərtib etmiş şəxsin məhkəməyə təqdim etdiyi CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, Mercedes-Benz markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşıdan gələn nəqliyyat vasitəsinə yol vermədən hərəkət etmiş, nəzərdə tutulmuş yol ayrıcını keçmə qaydalarını pozmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilmiş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilir ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda qeyd olunan əsaslardan hər hansı biri hazırkı iş üzrə mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və ya iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, toplanmış sübutlara məcmu halında müqayisəli surətdə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında Gəncə şəhər Baş Polis İdarəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 106-114 və 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin olunmasın. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar