Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-183/2024 04.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim X1, X5 iclas katibliyi Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Daşkəsən rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Daşkəsən rayonu, Əhmədli kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:45 radələrində Daşkəsən-Xoşbulaq yolunda mal-qaranın asfalt örtüklü yolla ötürülməsi qaydalarını pozmaqla zərər çəkmiş şəxs X6 maddi zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nın DYPB-nin inspektoru X10 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:45 radələrində Daşkəsən-Xoşbulaq yolunda özünə məxsus olan heyvanları asfalt örtüklü yolla ötürmüşdür. Nəticədə X2- Xoşbulaq yolunda idarə etdiyi “Chevrolet Niva” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət olan zaman bir baş iri buynuzlu heyvan avtomobil yolunda avtomobilin qarşısına çıxmışdır. Avtomobili saxlaya bilmədiyindən heyvanı vurmuş və avtomobilinə ziyan dəymişdir. Sürücünün ayıq vəziyyətdə olması yoxlanılmışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində protokol tərtib olunaraq Daşkəsən Rayon Məhkəməsində göndərilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü tarixdə axşam saatlarında ona məxsus olan iri buynuzlu heyvanları asfalt yoldan keçirən zaman bir inəyini yolda maşın vuraraq öldürmüşdür. Hadisə zamanı özü orada olmuşdur. O, uzaqdan avtomobilin sürətlə gəldiyini görüb əl ilə işarə edərək və ucadan sürücüyə səslənərək avtomobilin sürətinin azaldılmasına çalışmış, lakin sürücü bunları hiss etməyərək sürətlə gəldiyi üçün onun heyvanını vurmuşdur. Həmin vaxt sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etdiyini hiss etmişdir. Heç yerdə işləmədiyini heyvan saxlamaqla dolandığını bildirmişdir. Fotoşəkillərdəki heyvan ona məxsusdur. Hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxsə məlumat verilsədə zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmək üçün gəlməmişdir. Məhkəmə belə olan halda işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Daşkəsən RPŞ-nın DYPB-nın xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolundan görünür ki, xx.xx.2024-cü tarixdə saat 19:45 radələrində Daşkəsən- Xoşbulaq yolunda Şəxs özünə məxsus olan heyvanın asfalt örtüklü yolla ötürülməsi qaydalarını pozmaqla zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Gəncə Avtomotoservis və ticarət müəssisənin qüsur aktından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs idarə etdiyi Chevrolit Niva markalı **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1710 (min yeddi yüz on) manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlllənin 338.5.5-ci maddəsinə əsasən, mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, inzibati xəta haqqında protokol, onu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, fotoşəkillər və digər sübutlarla təsdiqini tapır ki, Şəxs özünə məxsus olan heyvanları xx.xx.2024-cü tarixdə saat 19:45 radələrində, yəni sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində asfalt örtüklü avtomobil yoluna nəzarətsiz buraxmış, nəticədə Qurbanov X8-Xoşbulaq yolunda idarə etdiyi “Chevrolit Niva” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edən zaman bir heyvanı avtomobil ilə vurmuşdur. Nəticədə avtomobil sahibinə maddi ziyan dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xəta törətmiş şəxs Şəxs məsuliyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində icra etdiyi halda tətbiq olunan cərimənin məbləğinin 10 (on) faizi miqdarında ödənişdən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 (bir) faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 (iki) aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-183/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-183/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver