Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-188/2025 08.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 08 avqust 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs ("xxxx" MMC-nin rəhbəri) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********666900 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 8374.74 (səkkiz min yeddi yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat vergi borcunu ödəməmiş, icra məmurunun tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********666900 nömrəli, xx.xx.2023cü il tarili icra sənədi üzrə "xxxx" MMC-nin 8374.74 manat vergi borcu vardır. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və icra vərəqəsinin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Borclu icra məmurunun qanuni çağrışları üzrə icra şöbəsində gəlməmiş və icra vərəqəsi üzrə vergi borcunu ödəməkdən yayınmışdır. Hüququi şəxsin barəsində axtarış qərarı vermək mümkün olmadığı üçün hüquqi şəxsin rəhbəri barəsində axtarış qərarı qəbul edilmişdir. Borclunun icra şöbəsinə gətirilməsi polis əməkdaşlarının köməkliyi ilə mümkün olmuşdur. Borclunun icra şöbəsində izahatı alınan zaman vergi borcunu ödəməyəcəyini bildirərək həmin qərardan narazı olduğunu bildirmişdir. Hazırki icra sənədi üzrə hüquqi şəxsin əmlak vəziyyəti yoxlanılmış və adına hər hansı bank və kredit təşkilatınta əmlan aşkar edilməmişdir. Hüquqi şəxsin adında əmlak olmadığı üçün onun rəhbəri barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Sumqayıtda daş bazarında fəhləliklə məşğul olur. Gündəlik 10-15 manat qazanca işləyir. Hər hansı bir hüquqi şəxsin rəhbəri deyildir. Təqribən 7-8 il bundan əvvəl bir nəfər Sumqayıtda daş bazarına gələrək ona iş təklif etmişdir. Bunun üçün şəxsiyyət vəsiqəsini ondan almışdır. İndi başa düşür ki, onu aldadıb adına iş aparmışdır. O, bu vaxta qədər Daşkəsən rayonunda olmamışdır. Elektron İcra sistemində olan məlumatlardan görünür ki, Hüquqi şəxs "xxxx" MMC-nin hüquqi ünvanı Daşkəsən rayonu, Güneykənd kəndidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İşin hallarından göründüyü kimi "xxxx" MMC-nin barəsində maliyyə sanksiyasının tətbiqi barədə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********987000 nömrəli və xx.xx.2018-ci il tarixli **********5920600 nömrəli qərarları xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir. Daşkəsən rayon İcra və probasiya şöbəsi xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Göründüyü kimi vergi orqanının maliyyə sanksiyasının tətbiq edilmə barədə qərarları hüquqi şəxs olan "xxxx" MMC barəsində olmuşdur. İnzibati xəta haqqında protokol isə həmin hüquqi şəxsin rəhbəri kimi göstərilmiş şəxs barəsində tərtib edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində hüquqi şəxslərin məsuliyyəti ayrıca nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 43.1.1-43.1.3-cü maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda həmin Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53..2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-188/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-188/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver