Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-189/2025 08.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Gəncə şəhəri M.Y.Axundzadə küçəsi 7-c döngə ev 40-da qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daşkəsən rayon Polis Şöbəsinin sahə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyinə görə Daşkəsən rayon YPX-nin əməkdaşları tərəfindən saxlanılaraq Daşkəsən rayon Polis Şöbəsinə dəvət edilmişdir. Əhmədov X2 rayon Polis Şöbəsinin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək, onlarla kobud şəkildə davranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün onu saxlayan polis əməkdaşlarının tələblərinə əməl etmiş və polis əməkdaşları ilə birlikdə Daşkəsən rayon Polis Şöbəsinə getmişdir. Polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi üçün onun tərəfindən saxlanılmışdır. Sonradan məlum olmuşdur ki, sözü gedən şəxsin sürücülük hüququ yoxdur. Buna görə də o, sükan arxasından kənarlaşdırılmış və avtomobil duracağa yerləşdirmək Daşkəsən rayon Polis Şöbəsinə gətirilmişdir. Sürücü heç bir etiraz etməyərək razılaşmış və Daşkəsən rayon Polis Şöbəsinə gəlmişdir. Lakin, Daşkəsən rayon Polis Şöbəsinin qarşısında Şəxs kobud ifadələr işlədərək, mobil telefonla onun döş nişanının və YPX avtomobilinin şəklini çəkmişdir. Bunun qadağan edilmiş olmasını bildirsə də o, əməllərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi üçün saxlanılmışdır. Sonradan məlum olmuşdur ki, həmin şəxsin sürücülük vəsiqəsi yoxdur. Buna görə də avtomobili duracağa yerləşdirmək Daşkəsən rayon Polis Şöbəsinə gətirilmişdir. Sürücü onlarla razılaşmış və Daşkəsən rayon Polis Şöbəsinə gəlmişdir. Ora gəldikdən sonra Daşkəsən rayon Polis Şöbəsinin qarşısında Şəxs kobud ifadələr işlədərək, mobil telefon vasitəsilə onların döş nişanının və YPX avtomobilinin şəklini çəkmişdir. Onlar bu hərəkətlərə yol verməməsini bildirsələr də, o, hərəkətlərini davam etdirmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə baxılan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs avtomobili sürücülük hüququ olmadan idadə etdiyi üçün o, polis işçiləri tərəfindən nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılmış və bu anda o, hər hansı bir tabesizlik göstərməmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Daşkəsən rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinin yaxınlığında polis işçiləri tərəfindən ona qarşı hansı qanuni tələblərin irəli sürülmüş olmasını göstərən və şəxsin bu tələblərə qəsdən tabe olmamaqla bağlı hərəkət və ya hərəkətsizliyini əks etdirən sübutlar mövcud deyildir. Beləliklə, məhkəmə, iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, belə nəticəyə gəlir ki Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozması və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2–ci maddəsində göstərilmişdir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 35.1, 35.2, 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-189/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-189/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver