Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-190/2023 08.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Mən hakim Mustafayev Mustafa Əli oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri tədqiq edərək, MÜƏYYƏNETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Daşkəsən Rayon Polis Şöbəsinin DYPB-sı tərəfindən xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən görünür ki, inzibati xəta törətmiş şəxsin qeydiyyat ünvanı Tovuz rayonu Bayramlı kəndidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Maddənin məzmunundan da göründüyü kimi inzibati xəta haqqında işə baxılması səlahiyyəti onun törədildiyi yerdə yerləşən Tovuz rayon Məhkəməsinindir. Belə ki, AR İXMnın 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmə yeri inzibati xəta törətmiş şəxsin faktiki olaraq qeydiyyatda olduğu yer hesab olunur. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Ona görə də hesab edirəm ki, qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Tovuz rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 109-111, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-190/2023
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-190/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver