Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-191/2024 13.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, X5 barəsində Daşkəsən Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında xx.xx.2024-cü il tarixli, 24-1-2-2-4-413-1625-2 nömrəli qərara və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən Rayon Prokurorluğu tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərar qəbul edilərək toplanılmış materiallarla birlikdə aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərardan görürünür ki, ünvan 1 ünvanında yerləşən X3 məxsus olan pərakəndə ticarət mağazasında xx.xx.2024cü il tarixdə həyata keçirilən operativ vergi nəzarəti zamanı bu nəzarətin həyata keçirilməsi prosesinə X5 yoxlamaya qəsdən mane olaraq ona şərait yaratmamışdır. Bununla da X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında bildirmişdir ki, vergi orqanı əməkdaşları yoxlamaya gələn zaman uşağını məktəbə apardığına görə mağazanı bağlamışdır və təqribən bir saatdan sonra mağazanı açmışdır. Onun vergi orqanı əməkdaşlarını işinə mane olmaq məqsədi olmamışdır. Daşkəsən Rayon Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Ona görə ki, eyni fakt üzrə inzibati xəta haqqında işə xitam verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə ki, işə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(030)-186/2024 saylı qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən X3 məxsus olan pərakəndə ticarət mağazasında xx.xx.2024-cü il tarixdə həyata keçirilən operativ vergi yoxlamasına qəsdən mane olaraq ona şərait yaratmamasına görə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol üzrə inzibati xəta haqqında işə baxılmış və işin icraatına xitam verilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(104)-688/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında işə başlanıla bilməz, başlanılmış icraata isə xitam veilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 AR İXM-nin 604.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə baxılan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-191/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-191/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver