Məhkəmə qərarları › İş №3(030)-192/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-192/2024

23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-192/2024 23.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X16 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1967-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Daşkəsən rayonu, Kəmərqaya kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Daşkəsən RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 18 noyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs ictimai qaydanı pozaraq İXM-nın 510-cu maddəsinin tərkibini yaratmış və xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin, polis sahə rəisi X3 protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək göstərmişdir ki, Həmayıl onun həyat yoldaşı ilə bir məktəbdə işləyir. Həmayil onun həyat yoldaşını təhqir etdiyinə görə 30 sentyabr 2024-cü il tarixdə Kəmərqaya kənd orta məktəbinin qarşısında ona iradını bildirmişdir. Bu zaman Həmayıl onun sifətindən bir dəfə vurmuşdur. Hazırda Həmayılla barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında ərizə verərək barışdıqlarını bəyan edərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 izahatında göstərmişdir ki, 30 sentyabr 2024-cü il tarixdə Kəmərqaya kənd orta məktəbinin qarşısında aralarında baş vermiş mübahisə zamanı Şəxs onun üzərinə gəlmiş, yumruğunu qaldıraraq onu vurmaq istəmiş, o, isə özünü müdafiə məqsədi ilə Xanların sifət nahiyyəsindən itələmişdir. Onu itələmiş, oda arxaya getmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Kəmarqaya kəndində məktəbin direktoru işləyir. Hadisə zamanı orada olmamışdır. Sonradan ona demişlər ki, Şəxs Ələsgərova Həmayıl ilə mübahisə etmişdir. Xanlar ona qarşı xoşagəlməz ifadələr səsləndirdiyi üçün Həmayıl səbrli davranmayaraq ona bir sillə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Həmayılla qohumluq əlaqəsi yoxdur. 30 sentyabr 2024-cü il tarixdə Kəmərqaya kənd orta məktəbinin qarşısında mübahisə zamanı Xanlar Həmayılı vurmaq istəyərkən Həmayıl özünü müdafiə edən zaman Xanların üzündən itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Həmayıl onun qohumudur. 30 sentyabr 2024-cü il tarixdə Kəmərqaya kənd orta məktəbinin qarşısında mübahisə zamanı Xanlar Həmayılı söyüb təhqir edib və vurmaq istəyərkən Həmayıl özünü müdafiə edən zaman Xanların üzündən itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Həmayılın həyat yoldaşıdır. Həmin vaxt o, təqribən 200 metr aralıda olan evin dam örtüyünü vururmuş, gəlini ona zəng edərək Həmayıl xanımla Xanların dava etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Şəxs həyat yoldaşıdır. Hadisə vaxtı orda olmamışdır. Nəvələri ona babasına Həmayılın şillə vurduğunu və yaxasından tutduğunu demişlər. Məhkəmə iclasında müdafiəçi Vəkil izahatında bildirmişdir ki, şahidlərin çoxu Həmayılın yaxın qohumlarıdır. X20, Xanların söyüş söydüyünü deyir və qərəzli izahat verir. Həmayıl xanım özü də işə xitam verilməsini xahiş edir. Məhkəmədən işə xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərarın surətindən görünür ki, Şəxs AR İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətdikyi üçün onların inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-ya göndərilməsi qərar alınmışdır. Protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatlarını dinləyib, habelə inzibati işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qanuna müvafiq qaydada sübuta yetirilməmişdir. Bələ ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, ictimai qayda dedikdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələr, həmçinin qanunvericiliklə müəyyən edilən qarşılıqlı və birgə yaşayış qaydalarının məcmusu başa düşülür. İki nəfər arasında yaranmış mübahisə, əgər yuxarıda qeyd edilən qaydaların pozulması ilə müşayət olunmursa burada xırda xuliqanlığın tərkibi yaranmır. Protokola və ona əlavə olunmuş sənədlərə Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməsinə dair heç bir sübut əlavə edilməmişdir. Məhkəmə araşdırması zamanı da Şəxs xırda xuliqanlıq hərəkətlərinə yol verməsi barədə heç bir sübut aşkar olunmamışdır. Belə olan halda Şəxs heç bir ictimai qaydanı pozmadığı, xırda xuliqanlıq hərəkətlərinə yol vermədiyi halda onun inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə icraat zamanı sübut edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcələnin 53.1 və 53.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs əməlində AR İXM-nin 510cu madddəsinin tərkibinin olması qanuna müvafiq qaydada sübuta yetirilmədiyindən, AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 53.0.2, 114, 128 və 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar