Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-193/2024 23.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X17 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X3, zərər çəkmiş şəxs X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Gəncə Şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil Fərhad oğlunun iştirakları ilə, xx.xx.1972-ci ildə Çəmbərək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Kəmarqaya kəndində məktəbin kitabxanaçısı işləyən, Daşkəsən rayonu Kəmərqaya kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Daşkəsən Rayon Polis Şöbəsində 18 noyabr 2024-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə həmkəndlisi Xanlar Abbasova qarşı sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X3 protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. . Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək göstərmişdir ki, 30 sentyabr 2024cü il tarixdə Kəmərqaya kənd orta məktəbinin qarşısında aralarında baş vermiş mübahisə zamanı Abbasov Xanlar onun üzərinə gəlmiş, yumruğunu qaldıraraq onu vurmaq istəmiş, o, isə özünü müdafiə məqsədi ilə Xanların sifət nahiyyəsindən itələmişdir. Onu itələmiş, oda arxaya getmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 izahatında göstərmişdir ki, Həmayıl onun həyat yoldaşı ilə bir məktəbdə işləyir. Həmayil onun həyat yoldaşını təhqir etdiyinə görə 30 sentyabr 2024-cü il tarixdə Kəmərqaya kənd orta məktəbinin qarşısında ona iradını bildirmişdir. Bu zaman Həmayıl onun sifətindən bir dəfə vurmuşdur. Hazırda Həmayılla barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında ərizə verərək barışdıqlarını bəyan edərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Kəmarqaya kəndində məktəbin direktoru işləyir. Hadisə zamanı orada olmamışdır. Sonradan ona demişlər ki, X6 Həmayıl ilə mübahisə etmişdir. Xanlar ona qarşı xoşagəlməz ifadələr səsləndirdiyi üçün Həmayıl səbrli davranmayaraq ona bir sillə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Həmayılla qohumluq əlaqəsi yoxdur. 30 sentyabr 2024-cü il tarixdə Kəmərqaya kənd orta məktəbinin qarşısında mübahisə zamanı Xanlar Həmayılı vurmaq istəyərkən Həmayıl özünü müdafiə edən zaman Xanların üzündən itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Həmayıl onun qohumudur. 30 sentyabr 2024-cü il tarixdə Kəmərqaya kənd orta məktəbinin qarşısında mübahisə zamanı Xanlar Həmayılı söyüb təhqir edib və vurmaq istəyərkən Həmayıl özünü müdafiə edən zaman Xanların üzündən itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Həmayılın həyat yoldaşıdır. Həmin vaxt o, təqribən 200 metr aralıda olan evin dam örtüyü vururmuş, gəlini ona zəng edərək Həmayıl xanımla Xanların dava etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Abbasov Xanların həyat yoldaşıdır. Hadisə vaxtı orda olmamışdır. Nəvələri ona babasına Həmayılın şillə vurduğunu və yaxasından tutduğunu demişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Fərhad oğlu bildirmişdir ki, tərəflər hazırda məhkəmə iclasında barışmışlar. Tərəflərin barışması nəzərə alınaraq inzibati xəta haqqında işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərarın surətindən görünür ki, X2 AR İXM-nin 157-ci maddəsində göstərilən inzibati xətanı törətdikyi üçün onların inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-ya göndərilməsi qərar alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu-maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. Məhkəmə inzibati xəta haqqında protokolu təhqiqat materialları ilə birlikdə araşdıraraq hesаb edir ki, zərərçəkmiş şəxsin inzibаti xətаnı törədən şəxs ilə bаrışdığındаn şəxsin bаrəsində İXM-in 157-ci mаddəsi ilə bаşlаnmış inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edilməli, qəbul edilmiş qərаrın surəti tərəflərə göndərilməlidir. Məhkəmə şərh оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsı İXM-in 30-34, 53, 106-115-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Daşkəsən Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-193/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-193/2024
23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver