Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-193/2025 13.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X21 Hafiz oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi (atası) X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X3 onun iştirakı ilə, xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daşkəsən rayon Polis Şöbəsinin sahə rəisi X6 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Xoşbulaq kənd ərazisində sonradan adı ona məlum olan şəxs X12 zibilləri əl arabası ilə zibil yeşiklərinə atan zaman zibil paketinin biri zibil qabından kənara düşmüşdür. Bunu görən polis əməkdaşları sözügedən şəxsə yaxınlaşaraq zibili qabından kənara atdığı üçün barəsində protokol tərtib olunmalı olduğunu bildirərək, X7 Daşkəsən rayon Xoşbulaq kəndində yerləşən polis məntəqəsinə dəvət etmişlər. Bundan sonra, Şəxs polis əməkdaşlarına yaxınlaşaraq X5 onun qohumu olduğunu bildirmiş, nəyə görə protokol tərtib olunduğunu soruşmuş və X5 polis məntəqəsinə aparılmasına mane olmuşdur. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək, onlarla kobud şəkildə davranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Xoşbulaq kəndində qohumu X12 ilə birlikdə evdən zibilləri atmaq üçün çıxmışdır. Sonra o, X8 zibili atıb evə getməsini demiş və ondan ayrılmışdır. Bundan sonra, o uzaqdan polis əməkdaşlarının X8 yaxınlaşıb söhbət etdiyini görmüşdür. Onların yanına yaxınlaşaraq nə baş verdiyini öyrənməyə çalışmış, daha sonra ona məlum olmuşdur ki, zibil paketinin birini zibil qabından kənara atdığına görə polis əməkdaşları X7 polis məntəqəsinə aparmaq istəyirlər. Həmin vaxt o, zibil paketini yerdən götürüb zibil qabına atacağını, X1 buraxılmasını demişdir. Ancaq polis əməkdaşları ona fiziki qüvvə tətbiq edərək maşına mindirərək polis məntəqəsinə gətirmişlər. O, polis əməkdaşlarının heç bir qanuni tələblərini pozmamış və fiziki qüvvə tətbiq etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi, atası X15 izahatında bildirmişdir ki, Şəxs onun oğludur. xx.xx.2025-ci il tarixdə hadisə baş verən zaman bacısı oğlu X12 ona mobil telefon vəsitəsi ilə zəng edərək polis əməkdaşlarının onu və oğlu Musanı polis məntəqəsinə aparmaq istədiklərini demiş və hadisə baş verən yerə gəlməsini istəmişdir. O, evdən çıxaraq hadisə yerinə gəldikdə artıq onların orda olmadığını görərək, polis məntəqəsinə getmiş və oğlu Şəxsın orda olduğunu, boğaz və baş nahiyəsində xəsarətlər olduğunu görmüşdür. Hadisənin hansı səbəbdən olduğunu öyrəndikdən sonra oğluna xəsarət yetirdiyinə görə prokurorluğa polis əməkdaşı barədə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı X9 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Xoşbulaq kəndində xidmətdə olan zaman sonradan adı ona məlum olmuş şəxs X5 zibilləri zibil yeşiyinə atarkən zibil paketinin birinin zibil qabından kənara düşdüyünü görüb ona yaxınlaşmışdır. X8 zibili kənara atdığı üçün barəsində protokol tərtib olunmalı olduğunu bildirərək Daşkəsən rayon Xoşbulaq kəndində yerləşən polis məntəqəsinə dəvət etmişdir. Bundan sonra, Şəxs adlı şəxs onlara yaxınlaşaraq X5 qohumu olduğunu, özü zibil paketini götürüb yerdən zibil qabına atacağını demişdir. Onlar isə X12 barəsində inzibati protokol tərtib edilməli olduğunu və polis məntəqəsinə aparmalı olduğunu bildirdikdə, Şəxs kobud ifadələr işlədərək, onun sinəsindən itələmişdir. Buna görə də, o fiziki qüvvə tətbiq edərək Şəxs polis məntəqəsinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı X13 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Xoşbulaq kəndində xidmətdə olan zaman sonradan adı ona məlum olmuş şəxs X12 zibilləri zibil yeşiyinə atarkən zibil paketinin birinin zibil qabından kənara düşdüyünü görüb digər polis əməkdaşı X9 ilə birlikdə ona yaxınlaşmışdır. X2 zibilləri kənara atdığı üçün barəsində inzibati tənbeh tətbiq olunmalı olduğunu bildirmişlər. Bir neçə dəqiqə sonra Şəxs onlara yaxınlaşaraq həmin şəxsin qohumu olduğunu və zibil paketini yerdən götürüb zibil qabına atacağını və X12 barəsində protokol tərtib edilməməsini xahiş etmişdir. Onlar inzibati tənbeh tətbiq edilməsi barədə protokolun yerində tərtib olunması mümkün olunmadığı üçün X7 polis məntəqəsinə dəvət edən zaman Şəxs onlara mane olmağa çalışmışdır. Buna görə də, onu məcburi şəkildə polis məntəqəsinə gətirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X3 izahatında bildirmişdir ki, iş materiallarından və proses iştirakçılarının izahatlarından göründüyü kimi hüquqlarını müdafiə etdiyi şəxs Quliyev X14 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməmişdir. Xətanın törədilməsi faktı barədə hər hansı əsaslı sübutlar yoxdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə baxılan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis işçiləri tərəfindən hansı qanuni tələblərin irəli sürülmüş olmasını göstərən və şəxsin bu tələblərə qəsdən tabe olmamaqla bağlı hərəkət və ya hərəkətsizliyini əks etdirən sübutlar iş materiallarında mövcud deyildir. Qohumu olan X5 polis məntəqəsinə aparılmamasını polis işçilərindən xahiş etməsi və yaxud, onun aparılmasına şifahi etirazını bildirməsi kimi hərəktlər polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi anlaşılmır. Beləliklə, məhkəmə, iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, belə nəticəyə gəlir ki Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2–ci maddəsində göstərilmişdir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 35.1, 35.2, 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-193/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-193/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver