Məhkəmə qərarları › İş №3(030)-194/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-194/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-194/2025 15.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X14 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1989-cu ildə Daşkəsən rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu Çovdar kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 11 avqust 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs icra sənədi üzrə 13530 (on üç min beş yüz otuz) manat məbləğində aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclaslarında iştirak edən Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmurları X5 və X6 ifadələrində bildirmlər ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1853/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə xx.xx.2007-ci ildə anadan olmuş X4 və xx.xx.2010-cu ildə anadan olmuş X3 maddi təminatı üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat məbləğində alimenti ödəməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkara 13530 (on üç min beş yüz otuz) manat aliment borcu qalmışdır. Bununla bağlı borcluya xəbərdarlıq olunsada icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, X7 ilə boşanmış olsalar da ailə kimi Gəncə şəhərində bir evdə yaşamışlar, cəmi bir ilə yaxındır ki, onlar ayrı yaşayırlar. Onlar bir ailə kimi bir yerdə yaşadıqlarına görə Gülayə ondan aliment tələb etməmişdir. Bir evdə yaşadıqlarına müddətdə uşaqlarına baxmışdır. Hazırda 3-cü qrup gözdən əlildir. Hər ay 180 manat məbləğində əlilliyə görə müavinət alır. Bunun 100 manatı aliment borcuna yönəldilir. Əvvəllər işləmiş və əmək haqqından tutma aparılmışdır. 2025-ci ilin may ayına qədər Türkiyədə işləmiş hər ay 250 manat olmaqla 1000 manat aliment ödəmişdir. Əlavə ödənişlər etmişdir. Bu gün isə 150 manat ödəmişdir. Borcundan hər ay 300 manat ödəniş edəcəyini, əlavə olaraq da aldığı müavinətdən 100 manat tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, Gəncə şəhərində uşaqları ilə birlikdə yaşayır. Həmin evi Şəxs ilə birgə nikah dövründə əldə etdiklərindən o, da həmin evə gəlib-getmişdir. Lakin, onlar bir ailə kimi yaşamamışlar. Bəxtiyar sərxoş vəziyyətdə gecələr evə gəlmiş onları narahat etmişdir. Türkiyədə işləyərkən 1000 manat pul göndərmişdir. Hazırda borcun 50 faiz hissəsinin tam ödənməsini, qalan hissəsinin isə hər ay ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, bacısı X1 şəhərində uşaqları ilə birlikdə yaşayır. Həmin evi Şəxs ilə birgə nikah dövründə əldə etdiklərindən onun həmin evə gəlməsinə mane olmamışlar. Ancaq, onlar ailə kimi yaşamamışlar. Bəxtiyar sərxoş vəziyyətdə gecələr evə gələrək onları narahat etdiyinə görə polisə şikayətlər də etmişlər. Türkiyədə işləyərkən Bəxtiyarın 1000 manat pul göndərmiş olması doğrudur. Hazırda borcun 50 faiz hissəsinin tam ödənməsini, qalan hissəsinin isə hər ay 400 manat məbləğində ödənilməsini tələb edir. İşə əlavə olunmuş “CMS” Elektron Məhkəmə Sistemində verilmiş sorğudan görünür ki, Şəxs 3-cü qrup əlilliyinə görə 180 manat məbləğində pensiya alır. Eyni icra sənədi üzrə baxılmış iş üzrə Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 3(30)-99/2018 nömrəli, xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında qərarında göstərilmişdir ki, Borclu Şəxs 24 iyun 2018-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs1 ilə ilə birlikdə yaşamış, bu müddət ərzində tələbkar Zərərçəkmiş şəxs1 borclu Şəxs aliment tələb etməmişdir. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmış, bir müddət sonra isə yenidən barışıb bir yerdə yaşamağa başlamışlar. Odur ki, məhkəmə hesab etmişdir ki, borclunun hərəkətlərində borcun ödənişindən qərəzli yayınma halları mövcud deyildir. Bu səbəbdən iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi, Şəxs 3-cü qrup əlildir. Əlilliyə görə hər ay 180 manat müavinət alır. 2025-ci iln may ayına qədər 1000 manat nəğd qaydada ödəniş etmişdir, bundan əlavə əlilliyə görə aldığı 180 manat müavinətdən 70% hissəsindən tutma aparılmaqdadır, iş məhkəmənin icraatına daxil olduqdan sonra 150 manat ödəniş etmişdir. Bundan sonra hər 300 manat ödəniş edəcəyini məhkəmədə bildirmişdir. Həmçinin tərəflərin izahatlarında və Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 3(30)- 99/2018 nömrəli, xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarında icra sənədi verildikdən sonra borclu və tələbkarın müəyyən zamanlarda bir evdə yaşamaqlarını təsdiq edən məlumatlara rast gəlinir. Qeyd olunanlar onu deməyə əsas verir ki, icra sənədi tam icra edilməmiş olsa da bunun üzürsüz səbəbdən baş verməsi halları aşkar olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar