Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-196/2025 01.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Göygöl rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Göygöl rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Göygöl rayon DYPŞ-nin YPX-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “QAZ 31105” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşkəsən-Gəncə yolunda hərəkətdə olarkən Hyundai markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə eyni istiqamətdə hərəkətdə olan zaman sola dönmə işığını yandıraraq sola dönmə əməliyyatı yerinə yetirmiş, bu zaman Hyundai markalı avtomobil onu ötüb keçmək istədikdə, onun avtomobili ilə toqquşmuşdur. O, heç bir qayda pozuntusuna yol verməmişdir. Buna görə də, qəbul edilmiş inzibati tənbeh haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə əlavə edilmiş Göygöl rayon DYPŞ-nin YPX-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə) inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Hazırki iş üzrə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə Göygöl rayon DYPŞ-nin YPX-nə məlumat verilmiş, həmçinin inzibati xəta hadisəsi ilə bağlı sübutların məhkəməyə təqdim olunmasının zəruriliyi həmin orqana bildirilmişdir. Lakin işlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan vəziyyətdə X2 manevr etmə qaydalarının pozulması halının yenidən araşdırılmasına zərurət yaranır. Məhkəmə hesab edir ki, X2 barəsində Göygöl rayon DYPŞ-nin YPX-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-114, 128-130, 134.1.4, 135.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X3 barəsində Göygöl rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Göygöl rayon DYPŞ--nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-196/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-196/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver