Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-197/2023 06.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı tədqiq edərək, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən RPŞ-nın DYPB-sı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 12 avqust 2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs AR İXM-nın 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halına yol vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında özünə məxsus iri buynuzlu heyvanları arvadı ilə birlikdə Daşkəsən-Xoşbulaq yolunun kənarı ilə ötürərkən yolda hərəkətdə olan “VAZ 2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vuraraq heyvanlara və arvadına xəsarət yetirmişdir. Bundan sonra onun barəsində Daşkəsən RPŞ-nın DYPB-sı tərəfindən protokol tərtib olunmuşdur. Lakin, ona dəymiş ziyan ödənilməmiş, həmçinin də arvadına xəsarət yetirilməsi faktı düzgün araşdırılmamışdır. Buna görə də arvadına xəsarət yetirilməsi ilə bağlı Daşkəsən RPŞ-nın TQ-da araşdırma aparılmaqdadır. Odur ki, barəsində olan inzibati materialın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Şəxs izahatını, eləcə də iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, inzibati xəta kimi məhkəməyə təqdim olunmuş materiallarda cinayətin əlamətlərinin olub-olmamasının araşdırılması məqsədilə materiallar aidiyyəti üzrə Daşkəsən Rayon Polis Şöbəsinə göndərilməlidir. Belə ki, Şəxs izahatından və digər iş materiallarından görünür ki, hadisə nəticəsində Şəxs arvadına xəsarət yetirilməsi faktı üzrə Daşkəsən RPŞ-nın TQ-da araşdırma aparılmaqdadır. AR İXM-nın 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.3, 100.1.7, 100.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsi haqqında protokolda (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir.Göründüyü kimi X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 03 mart 2023-ciü il tarixli MN ******* saylı qərarının surətini rəsmi qaydada xx.xx.2023-cü il tarixdə almışdır. Lakin, həmin qərardan AR İXM-nın 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində şikayət verməyərək müddəti buraxmış, eyni zamanda buraxılmış müddətin bərpası barədə məhkəməyə vəsatət verməmişdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol üzrə olan materiallar Daşkəsən RPŞ-nın TQ-da araşdırması aparılan müvafiq materiala əlavə edilməsi və həmin fakt üzrə hərtərəfli, obyektiv araşdırma aparılması üçün Daşkəsən Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İXM-nin 128-133-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARAALDİ: Şəxs barəsində olan xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol Daşkəsən Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-197/2023
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-197/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver