Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-198/2023 06.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə şəhəri, Hərbi şəhərcik-83, ev 394, mənzil 39-da qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM-nın) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 28 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində idarə etdiyi «VAZ 21154» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə-Daşkəsən yolunun Bayan kəndi ərazisindən keçən hissəsində olan zaman hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət etməyərək yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində zərər çəkmiş şəxslər X11, X12, X14, X9 və X1 yüngül bədən xəsarəti yetirdiyinə görə Daşkəsən Rayon Polis Şöbəsinin DYPB-in inzibati təcrübə üzrə inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış materiallar ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada tərəflərə rəsmi qaydada məlumat verilmiş tərəflər üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. AR İXM-nın tələblərinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2023 il tarixli 498 nömrəli rəyindən görünür ki, X5 məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – alt çənə sümüyünün və sol 2,3,4 və 5-ci qabırğaların sınıqları dərəcələrinə sağlamlığın üzün müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır aid edilirlər, sol alının və dili yaraları dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, törənmə müddəti qərarda göstərilən tarixə yəni, xx.xx.2023-cü il tarixə uyğundurlar. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2023 il tarixli 498 nömrəli rəyindən görünür ki, X6 məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ qaşın və sağ yanağın yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törəniblər, törənmə müddəti qərarda göstərilən tarixə yəni, xx.xx.2023-cü il tarixə uyğundur və dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2023 il tarixli 498 nömrəli rəyindən görünür ki, X10 məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın təpə nahiyyəsinin yarası bərk küt əşyanın təsirindən törənib, törənmə müddəti qərarda göstərilən tarixə yəni, xx.xx.2023-cü il tarixə uyğundur və dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2023 il tarixli 498 nömrəli rəyindən görünür ki, X4 məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – Başın sol alın və gicgah nahiyyələrinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərə vurmaya aid edilirlər, başın sol alın nahiyyəsinin yaraları, sol said yarası sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir, qeyd edilən xəsarətlərin törənmə müddəti qərarda göstərilən tarixə yəni, xx.xx.2023-cü il tarixə uyğundur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2023 il tarixli 498 nömrəli rəyindən görünür ki, X8 məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın alın nahiyəsinin yarası , sol diz oynağının kəskin hematoması, bərk küt əşyanın (əşyaların) təsirindən törəniblər, törənmə müddəti qərarda göstərilən tarixə yəni, xx.xx.2023-cü il tarixə uyğundur və dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşə əlavə olunmuş zərərçəkmiş şəxs X5 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Şəxs ona dəymiş ziyanı ödəmiş və barışmışdır. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nın TQ-nın təhqiqatçısı, polis mayoru X7 xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində BədəlovYusif Teymur oğluna az ağır xəsarət yetirilmiş, lakin Şəxs zərərçəkmiş şəxs ilə barışdığı və dəymiş ziyanı ödədiyi üçün cinayət məsuliyyətiindən azad edilmişdir. Digər zərərçəkmiş şəxslərə isə yüngül bədən xəsarəti yetirildiyi üçün həmin əməl cinayət tərkibi yaratmadığına görə Şəxs barəsində AR İXM-nın 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti Daşkəsən RPŞ-nın DYPB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, habelə inzibati işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirlimişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 28 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində idarə etdiyi «VAZ 21154» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə-Daşkəsən yolunun Bayan kəndi ərazisindən keçən hissəsində olan zaman hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyərək, AR İXM-nın 327.8-ci maddəsində nəzərdə tutulmuş ötmə etmə qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, eyni istiqamətdə hərəkət edən KİA markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş nəticədə ehtiyatsızlıqdan zərər çəkmiş şəxslər X12, X14, X9 və X2 yüngül bədən xəsarətləri yetirmişdir. Bununla da Şəxs AR İXM-nın 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. AR İXM-nin 327.8 maddəsinə əsasən həmin məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması aşkar edilməmişdir. Ona görə də, Şəxs barəsində AR İXM-nın 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs AR İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə, maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və AR İXM-nin 31, 40, 43, 48, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-198/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-198/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver