Məhkəmə qərarları › İş №3(030)-199/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-199/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-199/2023 23.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya rəisi vəzifəsini müvəqqəti icra edən X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmasına dair inzibati tənbeh tətbiq etmə haqqında Daşkəsən Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 3(030)-150/2023 saylı qərarını qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Belə ki, Daşkəsən Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 3(030)-150/2023 saylı qərarı ilə Şəxs AR İXM-nin 513.2, 535.1 və 510 maddələri ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarda cərimə edilmişdir. Qərar qanuni qüvvəyə minmiş və icra olunması üçün Daşkəsən rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Daşkəsən rayon icra şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən Şəxs barəsində AR İXM-nin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 23 avqust 2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Daşkəsən rayon icra şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 izahatında göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 3(030)-150/2023 saylı qərarı ilə Şəxs AR İXM-nin 513.2 , 535.1 və 510-cu maddələri ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmişdir. Lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra borcluya dəfələrlə icra məmuru tərəfindən üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarını icra etməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstəmişdir ki, Daşkəsən rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 3(030)-150/2023 saylı qərarı ilə o, AR İXM- 513.2 , 535.1 və 510-cu maddələri ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. Heç bir yerdə işləmədiyi, əlavə gəlir və qazancı olmadığı üçün hal-hazıra kimi təyin edilmiş cərimə məbləğini ödəyə bilməmişdir. Hazırda 500 manat məbləği ödəməyə imkanı yoxdur. Lakin istənilən fiziki işi yerinə yetirmək iqtidarındadır. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 3(030)- 150/2023 saylı qərarın surətindən görünür ki, Şəxs AR İXM-nin 513.2, 535.1 və 510-cu maddələri ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarda cərimə edilmişdir. İşə əlavə edilmiş 23 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs AR İXM-nin 513.2, 535.1 və 510-cu maddələri ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə təyin olunması barədə Daşkəsən Rayon Məhkəməsinin qərarını qanuni qüvvəyə mindiyi tarixdən qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində AR İXM-nin 529.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. AR İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs Daşkəsən rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 3(030)-150/2023 saylı qərarı ilə AR İXM-nin 513.2 , 535.1 və 510-cu maddələri ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. İcra məmuru tərəfindən borclu Şəxs üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarını icra etməsi barədə rəsmi və şifahi xəbərdalıq edilməsinə baxmayaraq inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Ona görə də, icra məmuru tərəfindən borclu Şəxs barəsində AR İXM-nin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs əməlində AR İXM-nin 529.2-ci maddəsinin tərkibi vardır, iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. AR İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar aşkar edilməmişdir. AR İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində həmin maddənin sanksiyası həddində, yəni ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. AR İXM-nin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər birinci və ikinci qrup əlillərə,sağlamlıq imkanları məhdud uşaqlara, hamilə qadınlara, himayəsində üç yaşınadək uşağı olan qadınlara, üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə, pensiya yaşına çatmış qadın və kişilərə, hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq oluna bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 145.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilir. Göstərilənlərə əsasən və AR İXM-nin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs AR İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 180 (bir yüz səksən) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Bu qərar qanuni qüvvəyə mindiyi gündən Daşkəsən rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 3(030)-150/2023 saylı qərarını icraatına xitam verilsin. Qərarın icrası Daşkəsən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar