Məhkəmə qərarları › İş №3(030)-199/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-199/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-199/2025 15.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, vəkili X1 iştirakı ilə, xx.xx.2009-cu ildə Daşkəsən rayonu, Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Daşkəsən rayonu Bayan kəndində yaşamaqla Daşkəsən rayon Bayan kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Daşkəsən Rayon Polis şöbəsi tərəfindən 13 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Bayan kəndində Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X5 protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsinin və vəkilinin iştirakı ilə zahat verərək ona istinad edilən inzibati xətanı törətməsini etiraf etməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Bacısı ailə qurduğuna görə onlarla birlikdə yaşamır. Bacısı anasından cehiz əşyaları vermələrini, vermədikdə isə qarşılığında təsərrüfatlarında olan inəklərdən birini verməsini istəmiş və bununla bağlı mübahisə etmişdir. Lakin o, bacısı Vüsaləni vurmamış, döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. O, orta məktəbin 8-ci sinifinə qədər təhsil almışdır. Polis şöbəsində olan zaman izahatı alınarkən anası otaqda olmamış, ona həbs ediləcəyi bildirildiyindən ifadəsi kimi yazılanları təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmayan şəxs Şəxs qanuni nümayəndəsi, valideyni Qanuni nümayəndə izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. xx.xx.2025-ci il tarixdə qızı onların yaşadıqları Daşkəsən rayon Bayan kəndində olan evinə gələrək təsərrüfatında olan inəyin ona verilməsi barədə mübahisə etmişdir. Oğlu Şəxs ona heç bir xəsarət yetirməmişdir. Təhqiqat zamanı polis şöbəsində oğlundan izahat alınarkən onun yanında olmamışdır. İzahatı sonradan imza etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin inzibati xəta törətməsini sübuta yetirəcək heç bir əsaslı sübut olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə anasıgilə gedərək, təsərrüfatlarında olan inəyin birinin ona verilməsini istəmişdir. Lakin, qardaşı X4 onu döymüş, ona heç bir mal-qara verməyəcəyini demişdir. Hazırda ondan şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 84 nömrəli, xx.xx.2025-ci il tarixli ekspertiza rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- başın alın, sol təpə və ənsə nahiyyələrinin, boyunun sağ və sol yarısının qançırları bərk KÜT əşyanın təsirindən törəniblər, törənmə müddəti xx.xx.2025-ci tarixə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilən inzibati xətanı törətdiyi üçün onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-ya göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını cinayət işinin başlanmasının rədd edilməsi haqqında HK-1/596 təhqiqat materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, üzrə icraata xitanm verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokolda qeyd olunmuş izahatında bir daha belə səhv etməcəyini bildirmişdir. Lakin, səhvin nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Qeyd olunduğu kimi şəxs yetkinlik yaşına çatmamışdır, hətta tam orta təhsilli belə deyildir. Odur ki, Şəxs yaş psixoloji xüsusiyyətlərinə və inkişafına görə yanılmaya və kənar təsirlərə məruz qala bilərdi. İnzibati xəta haqqında iş üzrə araşdırmada da vəkilin iştiraki təmin olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs döyməsini təsdiq edən digər sübutlar iş materiallarında mövcud deyildir. Zərərçəkmiş şəxs xəsarət alması barədə tibbi sənəd həmin xəsarətin Şəxs tərəfindən yetirilməsini təsdiq eləmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin təhqiqatçının icraatnda olduğu vaxt vermiş olduğu izahatında Zərərçəkmiş şəxs bir şapalaq vurmasını etiraf etməsi barədə onu qeyd edir ki, Şəxs yetkinlik yaşına çatmayan şəxs oluğundan onun barəsində aparılan araşdırmada vəkilin iştirakı məcburi olduğu halda təmin edilməmişdir. Belə olan halda Şəxs izahatı qanuna zidd olaraq əldə edilmiş sübut hesab olunur. Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci mаddəsinə əsаsən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə qeyd оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsının İnzibati Xətalar Məcəlləsinin 30-34, 53, 106-115-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Daşkəsən Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və ya protesti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar