Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-2/2023 01.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.2004-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu Qabaqtəpə kəndində qeydiyyatda olmaqla, Daşkəsən rayonu Gəlinqaya kəndində kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Daşkəsən Rayon Polis Şöbəsində 25 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X8 bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Daşkəsən rayonu Gəlinqaya kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı X5 vuraraq ona qəsdən sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Daşkəsən rayonu Gəlinqaya kəndində oğlu X1 bir dəfə yumruqla vurmuşdur. Məhkəmədən Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında atası Vaqif ilə birlikdə Gəncə şəhərinə ot tayası aparmış, günortadan sonra isə geri Daşkəsən rayonu Gəlinqaya kəndinə qayıtmışdır. Bundan sonra bütün gün evdə olmuş və X5 görməmiş, onunla ünsiyyətdə olmamışdır. Barəsində edilən şikayət şər və böhtan xarakterlidir. Hazırda istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vardır. Məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil çıxışında bildirmişdir ki, Şəxs istifadəsində olan mobil nömrələr üzrə anten məlumatlarının çıxarılmasını xahiş etmişdir. İşdə olan Daşkəsən rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(030)-216/2022 saylı qərardadından görünür ki, Şəxs istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinin xx.xx.2022-ci il tarixdə saat 09:00-dan 21:00-dək olan müddət ərzində həmin nömrələrlə aparılan danışıqların, eyni zamanda yerləşdiyi antenalar üzrə ərazi dairəsi barədə məlumatlar "xxxx" MMC və "xxxx" MMC-dan götürülməsi qərara alınmışdır. İşdə olan "xxxx" MMC-nın xx.xx.2022-ci il tarixli AZF/LGL-17770/22 nömrəli məktubundan görünür ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə Azərfon şəbəkəsində istifadə edilməmişdir. İşdə olan "xxxx" MMC-nın xx.xx.2023-cü il tarixli BKC/LGL-24/22 nömrəli məktubundan görünür ki, ***-***-**-** saylı mobil nömrə üzrə məlumatlar təqdim olunmuşdur. İşdə olan Daşkəsən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(030)-02/2023 saylı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məcburi gətirilməsi barədə qərardan görünür ki, Şəxs Daşkəsən Rayon Məhkəməsinin sərəncamına məcburi gətirilməsi qərara alınmış və icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilmişdir. İşdə olan Daşkəsən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(030)-02/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə sonuncunun olduğu yer müəyyən olunmadığı üçün işin icraatı dayandırılmışdır. İşdə olan Daşkəsən Rayon Polis Şöbəsinə göndərilmiş xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli xatırlatma məktublarından görünür ki, Şəxs Daşkəsən Rayon Məhkəməsinin sərəncamına məcburi gətirilməsi təmin olunmadığı üçün Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(030)-02/2023 saylı qərardadının qısa müddətdə icra olunması və Şəxs Daşkəsən Rayon Məhkəməsinin sərəncamına məcburi gətirilməsinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən inzibati işin icraatına müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə əsasına görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi Şəxs barəsində olan xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və Şəxs üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün barəsində məcburi gətirilməyə dair qərardad qəbul edilmiş və iş üzrə icraat dayandırılmışdır. Hazırki vaxtadək Şəxs məhkəmənin sərəncamına məcburi gətirilməsi təmin edilməmiş, bundan başqa onun barəsində olan inzibati iş üzrə AR İXM-nın 38.1 və 38.5-ci maddələrində nəzərədə tutulmuş müddətlər xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Odur ki, şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən bir il müddət keçdiyinə görə o, inzibati məsuliyyətə cəlb oluna bilməz və barəsində olan işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 38.5, 40, 43, 48, 50, 51, 53.1.6, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə əsasına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-2/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-2/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver