Məhkəmə qərarları › İş №3(030)-2/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-2/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-2/2025 17.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Daşkəsən rayonu, Çıraqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Daşkəsən rayonu, Çıraqlı kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Daşkəsən Rayon Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs X7 bildirmişdir ki, borclu Şəxs Daşkəsən Rayon Məhkəməsinin 2(030)-336/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq təqdim edilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq olunsa da, o, icra sənədi üzrə olan borcunu ödəməkdən yayınmaqla icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bundan əlavə borcludan dəfələrlə borcun ödənilməsi tələb edilmiş, lakin borclu inzibati protokol tərtib olunub məhkəməyə verildiyi vaxtdan, 10 ay ərzində heç bir ödəniş etməmişdir. Borclu tərəfində aliment borcunu ödəməkdən qərəzli yayındığı üçün barəsində bir neçə dəfə inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş və məhkəmənin qərarı ilə inzibatı həbs olunmuşdur. Lakin borclu bütün bu hallardan heç bir nəticə çıxarmayaraq borcunu ödəməkdən qərəzli olaraq yayınır. Hal-hazırda borclunun 14670 manat aliment borcu vardır. Göstərilən halları nəzərə alaraq qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2016-cı ildə “BakuBus” da sürücü kimi işləyən vaxt borcundan ödəniş etmişdir. 2024-cü ilin iyun ayından məhkəmədən getdiyi vaxtdan aliment borcundan ödəniş etməmişdir. Hazırda sürücü işləyir. İşlədiyi üçün hər ay aliment borcundan 700 manat olmaqla, 400 manat aylıq alimenti, 300 manat da hazırki vaxtadək olan aliment borcundan ödəyəcəkdir. Məhkəmədən bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Məmmədov X3 Rayon Məhkəməsinin 2(030)-336/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən dörd uşağa görə hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində alimentdən borclu tərəfində heç bir ödəniş edilməmişdir. Hazırda borclunun 15000 manata yaxın borcu yaranmışdır və həmin borcun tam şəkildə ödəniləcəyi halda şikayətçi olmayacaqdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 ifadəsində bildirmişdir ki, qərəzli yayınma halı mövcud deyildir. Hazırda borclu tərəfindən hər ay ödənişlər olunacağı bildirilir. Bunları nəzərə alaraq hüquqlarını müdafiə etdiyi şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş, icra sənədi üzrə 14670 manat borcu yaranmış və məhkəmə aktının icrası bu günə qədər onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. Məhkəmə icra sənədi üzrə aliment borcundan borclu tərəfindən 10 ay ərzində heç bir ödəniş olunmadığını, ondan əvvəlki vaxtlarda isə az miqdarda ödənişlər etməsi ilə bağlı qeyd edir ki, borclunun öz izahatında da göstərdiyi kimi işləməsi, onun daimi qazancının olmasını göstərməklə yanaşı məhkəmə qətnaməsini özünün istəyinə uyğun icra etməsini, məhkəmə qətnaməsinin icrasından yayınmaq istəyinin olmasını göstərir. Belə ki, iş materiallarından aydın olur ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 336/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən dörd uşağa görə (hər birinə 100 manat olmaqla) hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Lakin, o, icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən məhkəmənin qərarı ilə bir neçə dəfə inzibati qaydad həbs olnmuşdur. İş materiallarına əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarlarının surətindən görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 gün müddətində inzibati həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 3(030)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 gün müddətində inzibati həbs edilmişdir. Göründüyü kimi Şəxs Daşkəsən Rayon Məhkəməsinin 3(030)-164/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs olunmuşdur. Lakin, həmin şəxs ona verilmiş inzibati tənbehdən nəticə çıxarmayaraq alimenti ödəmədiyindən borc məbləği artaraq xx.xx.2024cü il tarixədək 10670 (on min altı yüz yetmiş) manat məbləğində olmuşdur. Bununla o, eyni icra sənədi üzrə inzibati qaydada tənbeh olunduğu vaxtdan bir il ərzində eyni əsaslar üzrə inzibati xətanı təkrar olaraq törətmişdir. Məhkəmə onu da qeyd edir ki, 10670 manat aliment borcuna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Daşkəsən Rayon Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmənin çağrışına gəlməkdən əsasız olaraq yayındığından və qaçıb gizləndiyindən barəsində məcburi gətirilmə barədə Daşkəsən Rayon Məhkəməsi tərəfindən 3(030)- 110/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmiş və iş üzrə icraat dayandırılmışdır. xx.xx.2025-ci il tarixdə borclunun polis əməkdaşları tərəfindən məhkəməyə gətirliməsi təmin olnduğundan iş üzrə icraat təzələnərək məhkəmə iclası təyin edilmişdir. Hazırki vaxtda isə borclunun 14670 (on dörd min altı yüz yetmiş) manat aliment borcu vardır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisi və icra məmurunun izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun məlumatları, inzibati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə tam təsdiq olunmuş, düzgün olaraq onun əməli İXM-nin 528.1-1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən borclunun uzun müddət borcu ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsini, ödəmədən yayınmasını və bununla da məhkəmə qərarını qərəzli olaraq icra etməməklə yanaşı uşaqların maddi təminatını daha da ağırlaşdırmasını nəzərə alaraq hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclu Şəxs ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait,İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən məhkəmə yüngülləşdirən hal müəyyən etməmişdir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inizbati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 17 aprel 2025-ci il saat 12:40-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar