Məhkəmə qərarları › İş №3(030)-201/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-201/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-201/2024 04.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X22 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1999-cu ildə Yardımlı rayonu Əngəvül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu Əngövül kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə xx.xx.2024-cü il tarixli, MN ******* saylı və xx.xx.2024-cü il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə xx.xx.2024cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar Daşkəsən rayon Polis Şöbəsi tərəfindən tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-202/2024 nömrəli, MN ******* saylı protokol üzrə 3(030)-201/2024 nömrəli inzibati xətalar haqqında işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X5 bildirmişdir ki, Daşkəsən rayon sakini Sevda Şıxıyevanı söyüb təhqir etməsi ilə bağlı şikayəti əsasında Şəxs Daşkəsən rayon Polis Şöbəsinə çağırılmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında Daşkəsən Rayon Polis Şöbəsinin inzibati binasında olan zaman nalayiq ifadələr səsləndirməyə başlamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq etdiyi hərəkətləri davam etdirmişdir. Bundan sonra işin halları ətraflı araşdırılmış, Şəxs barəsində müvafiq protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətaları törətməsini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə izahat verməsi üçün polis şöbəsinə dəvət olunmuşdur. O, həmin vaxt əsəbi olduğunundan səs-küy edərək nalayiq ifadələr işlətmişdir və onun sakit olmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Lakin, o, Sevda Şıxıyevanın şəhid olmuş oğlu barəsində söyüşlər söyməmişdir. Hazırda etdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, o, şəhid anasıdır. Şəxs onun oğlu Sərxanın telefonuna onun barəsində söyüşlər yazıb göndərmişdir. Bu barədə yazmış olduğu şikayət ərizəsi ilə bağlı oğlu Sərxan ilə birlikdə xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon Polis şöbəsinə getmişdir. Onlar Polis şöbəsində olan zaman Şəxs onlar barəsində uca səslə nalayiq ifadələr işlətmiş, bu hərəkətlərin dayandırılması ilə bağlı polislərin qanuni tələblərinə məhəl qoymamışdır. Odur ki, Şəxs ciddi tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, o, polis əməkdaşıdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında xidmətdə olan zaman Daşkəsən rayon polis şöbəsinin inzibati binasının içərisində səs-küy eşidib otaqdan çıxaraq səs olan yerə getmişdir. Həmin vaxt Şəxs adlı şəxsin orada nalayiq ifadələr işlətdiyini görmüş və onu nizam intizama dəvət etmiş, öz hərəkətlərindən əl çəkməsini bildirmiş, lakin o buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, xidmətdə olan zaman xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon polis şöbəsinin inzibati binasının içərisində İqbal adlı şəxs tərəfindən nalayiq ifadələr işlədilmişdir. Onlar həmin şəxsə ictimai yerdə söyüş söyməməyi və polisin qanuni tələbinə tabe olmalı olduğunu bildirmiş olsalar da, o, polisin qanuni tələbinə tabe olmayaq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, polis şöbəsində olan zaman xx.xx.2024-cü il tarixdə günorta saatlarında Şəxs inzibati binanın içərisində uca səslə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları ona ictimai yerdə səsküy edilməməsini və nalayiq ifadələrə yol verməməsini bildirmişlər, lakin o, polis əməkdaşlarının dediklərinə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon polis şöbəsinin binasının ikinci mərtəbəsinə qalxan zaman şöbəsnin içərisində uca səslə nalayiq ifadələr işlədildiyini eşitmiş və səs olan tərəfə getmişdir. İqbal adlı şəxsin nalayiq ifadələr işlətdiyini görmüş və ona uca səslə danışmamağı və nalayiq ifadələr səsləndirməməyi bildirmiş, İqbal adlı şəxs isə onun dediklərinə əməl etməyərək nalayiq ifadələr səsləndirməyə davam etmişdir. Həmin vaxt şikayət vermiş şəxs Sevda Şıxıyevanı polis şöbəsində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə polis şöbəsinin ikinci mərtəbəsində olan zaman Suvarov X11rşı söyüş söyərək nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsə söyüş söyməsini dayandırmalı olduğunu bildirsələr də o, söyüş söyməyə davam etmişdir. Sonradan onu sakitləşdirə bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə anası Şıxıyeva Sevda ilə birlikdə Daşkəsən rayon polis şöbəsinə getmişdir. Şöbənin icərisində olan zaman bir nəfər şəxsin söyüş söyərək nalayiq ifadələr işlətdiyini görmüşdür. Söyüş söyən şəxs anası tərəfindən barəsində şikayət verilən şəxs Şəxs olmuşdur. Həmin vaxt Şəxs polis əməkdaşlarına müqavimət göstərmiş və öz nalayiq ifadələrini səsləndirməkdə davam etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil çıxışında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir. Onun himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq Şəxs barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xətaya dair iş üzrə icraatın iştirakçılarının və şahidlərin izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon Polis şöbəsində olan zaman ucadan nalayiq ifadələr işlədərək, yəni, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, həmçinin qanunvericiliklə müəyyən edilən davranış qaydalarına zidd hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da xırda xuliqanlıq hərəkətinə yol vermiş və nəticədə İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamamışdır. Bununla da o, AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Polis haqqında” Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək hüquqları vardır. Bu hüquqların həyata keçirilməsinə mane olmaq, polisin qanuni tələblərinə əməl etməmək qanunvericilkdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə törədilmiş inzibati xətalara görə tərtib edilmiş protokollar üzrə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən 535.1-ci maddənin sanksiyası çərçivəsində tənbeh edilərək 15 (on beş) gün müddətə inizbati həbs olunsun. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar