Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-202/2023 06.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından "xxxx" MMC-nın direktoru X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" MMC-nın direktoru X5 şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Qərardan şikayət vermiş şəxs X5 xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq inzibati cərimənin artıq ödənildiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Daşkəsən Rayon Məhkəməsinin həmin tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X7 ilə AR İXM-nın 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından görünür ki, inzibati tənbeh vermə haqqında qərar X7 barəsində tərtib olunmuşdur. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, toplanmış sübutlara məcmu halında müqayisəli surətdə hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız və şikayət vermək hüququ olmayan şəxs tərəfindən verildiyi üçün təmin edilməməli, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-114, 128-130, 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələri ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-202/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-202/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver