Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-207/2024 23.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim X1, Ağayev Fuad Rəfi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, ali təhsilli, evli, Daşkəsən rayon Quşçu Bələdiyyəsini sədri işləyən, Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra İXM) 549.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vəzifəli şəxs, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin sədri Şəxs xx.xx.2024-cü il tarixli 16 saylı iclas qərarı inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsi tərəfindən Daşkəsən rayon Quşçu Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə 27 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinə iclasın vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Daşkəsən rayon Quşçu Bələdiyyəsinin sədri Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixli 16 saylı iclas qərarının surətini şəkər xəstəsi olduğundan və səhətində problem yarandığından protokolu 25 noyabr tarixində təqdim edə bilmişdir. İşə əlavə olunmuş Gəncə Regional Ədliyyə idarəsinin inzibati xəta haqqında 27 noyabr 2024-cü il tarixli ******* nömrəli protokolundan görünür ki, Məmmədov X4 rayonu Quşçu kənd bələdiyyəsinin sədri işləməklə bələdiyyənin iclas protokolunun surətini vaxtında inzibati nəzarəti həyata keçirən orqana göndərməli olduğu halda bunu etməmiş, bələdiyyənin iclas protokolunun surətini Gəncə regional ədliyyə idarəsinə vaxtında göndərməmişdir. Ona görədə barəsində AR İXM-nin 549.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən rayonu Quşçu kənd bələdiyyə sədrinin xx.xx.2024-cü il tarixli 16 saylı iclas protokolunun surətindən görünür ki, torpaq sahəsi üzrə illik icarə haqqı məbləğinin artımı ilə bağlı qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş 23 dekabr 2024-cü il tarixli 18-1-33/2-11-81-xx-xx/2024 nömrəli arayışın surətindən görünür ki, Məmmədov X4 rayon X2 şöbəsində “Şəkərli diabet 2 tip” diaqnozu ilə dispanser qeydiyyatında durur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını hərtərəfli obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib, hesab edir ki, Şəxs tərəfindən AR İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Belə ki, “Bələdiyyələrin fəaliyyətinə İnzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun protokol tərtib olunan tarixdə qüvvədə olmuş 6.1-ci maddəsinin tələbinə görə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri bir sıra aktları qəbul edildiyi tarixdən 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirməlidirlər Həmin Qanunda müddətlərin hesablanma qaydası göstərilməmişdir. Lakin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan sayılır. Odur ki, həmin qanunun müddəaları bələdiyyələrin də fəaliyyətinə şamil edilir. “İnzibati icraat haqqında” Qanunun 48.2-ci maddəsinə əsasən, qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddənin məzmunundan göründüyü kimi müddətin başlanmasının iki fərqli halı nəzərdə tutulmuşdur. Əgər, müddətin başlanması müəyyən hadisənin baş verməsi ilə bağlıdırsa hadisənin baş verdiyi gün müddətə daxil edilmir. Əgər, müddətin başlanması konkret tarix ilə müəyən edilirsə, belə olan halda müddət həmin gündən hesablanır. (misal: “Ünvanlı sosial yardım haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur) Hazırkı işdə də, müddətin başlanması konkret təqvim günü ilə deyil, müvafiq qərarın qəbul edildiyi gün ilə bağlıdır. Belə olan halda qərarın qəbul edildiyi 19 noyabr tarixi həmin müddətə daxil deyildir. İşin hallarından göründüyü kimi Daşkəsən rayon Quşçu bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə iclas keçirilmiş və müvafiq qərar qəbul edilmişdir. Həmin qərarın surəti inzibati nəzarəti həyata keçirən orqana xx.xx.2024cü il tarixdə elektron qaydada təqdim etmişdir. Nəzərə alaraq ki, 2024-cü ilin noyabr ayının 20,21,22, 23 və 25 tarixləri iş günləri olmuşdur. İnzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından müddətin ötürülmə halı baş verməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 549.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən ( inzibati xəta tərkibi olmadığından) xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ Şəxs AR İXM-nin 549.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-207/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-207/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver