Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-208/2025 20.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi X1, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyən etdi: Daşkəsən rayon X3 Patrul Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, həmin protokola yalınız, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı və götürülmə mənbəyi qeyd olunmayan video görüntü barədə disk əlavə edilmişdir. Lakin, iş üçün əhəmiyyətli olan və işin hallarının hərtərəfli, tam araşdırılması üçün zəruri hesab edilən, işə mahiyyəti üzrə baxılmasını mümkün edən kifayət qədər sübutlar toplanılaraq işin materiallarına əlavə olunmamışdır. Qeyd olunanlara əsasən iş üzrə təqdim olunmuş materiallar natamam sayılır və işə baxılarkən materialların tamamlanması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Odur ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol digər sənədlər Daşkəsən rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Daşkəsən rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-208/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-208/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver