Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-209/2024 16.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X14 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx.xx.1985-cu ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 5, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə “Al Market” mağazalar şəbəkəsində, ictimai yerdə uca səslə “Al Market” mağazalar şəbəkəsin əməkdaşının ünvanına söyüşlər şöyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və həmin iş məhkəmədə 3(030)- 209/2023 sayla qeydə alınmışdır. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə ictimai yerdə uca səslə söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və həmin iş məhkəmədə 3(030)-210/2024 sayla qeydə alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-209/2024 saylı inzibati iş MN ******* saylı protokol üzrə 3(030)- 210/2024 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-209/2024 sayla baxışa təyin edilmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Daşkəsən RPŞ-nın PPXT-nın polis nəfərləri X5 və X1 şəhəri ərazisində xidmətdə olarkən “Al Market” mağazalar şəbəkəsində Tural adlı şəxsin içkili vəziyyətdə ünvansız söyüşlər söydüyünü görmüşlər. Ona yaxınlaşıb sakit olmasını xahiş etdikdə, Şəxs sərxoş vəziyyətdə polis əməkdaşı ilə mübahisə edərək nalayiq söyüşlər söymüş və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Həmin vaxt orada olan polis əməkdaşı onu sakitləşdirməyə çalışsa da heç bir nəticəsi olmamışdır. İşin halları ətraflı araşdırılmış, Şəxs barəsində müvafiq protokollar tərtrib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ağır vəziyyətdə sərxoş olmuşdur. Mağazada baş verənləri xatırlamır. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, o, Daşkəsən şəhəri H.Əliyev prospektində yerləşən “Al market” mağazalar şəbəkəsində kassir vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə saat 21:10-da işdə olan zaman adını sonradan öyrəndiyi Şəxs mağazaya gəlmiş və siqaret almaq istəmişdir. Şəxs sərxoş olduğunu anlamış və həmin şəxs onunla mağazanın içərisində mübahisə etməyə və onun və mağazanın digər işçisi Pərvizin ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Həmin zaman mağazada olan polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmiş və Daşkəsən rayon Polis şöbəsinə dəvət etmişlər. Daşkəsən rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Daşkəsən şəhərində xidmətdə olmuşdur. Daşkəsən şəhəri H.Əliyev prospektində yerləşən “Al market” mağazalar şəbəkəsinin əməkdaşı Röyal Allahverdili ilə sərxoş vəziyyətdə olan Şəxs mübahisə etdiyini görüb PPXB-nin polis nəfəri polis kiçik serjantı Nəcbulla Allahverdiyev və PPXB-nin manqa komandiri Nurlan Əliyevlə birlikdə onlara yaxınlaşan zaman Şəxs Röyal Allahverdilinin ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. X13 nizam-intizama dəvət etsələr də, o, bizlərin qanuni tələbinə qəsdən tabe olmamış və əməlinə davam etmişdir. Bundan sonra Şəxs Daşkəsən rayon Polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Tural həmin vaxt sipirtli işçi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Daşkəsən şəhərində marşurutda xidmətdə olmuşdur. Daşkəsən şəhəri H.Əliyev prospektində yerləşən “Al market” mağazalar şəbəkəsinin əməkdaşı Röyal Allahverdili ilə sərxoş vəziyyətdə olan Şəxs mübahisə etdiyini görüb PPXB-nin polis nəfəri polis kiçik serjantı Nəcbulla Allahverdiyev və PPXB-nin polis nəfəri polis serjantı Elgün Pirverdiyev ilə birlikdə onlara yaxınlaşan zaman Şəxs Röyal Allahverdilinin ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. X13 nizam-intizama dəvət etsələr də, o, bizlərin qanuni tələbinə qəsdən tabe olmamış və əməlinə davam etmişdir. Bundan sonra Şəxs Daşkəsən rayon Polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Tural həmin vaxt sipirtli işçi qəbul etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil çıxışında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir, artıq islah olunmuşdur. Bir daha belə hərəkətlərə yol verməyəcəyini öhdəsinə götürür. Odur ki, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli alkotester qəbzindən görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 21:52-də 4.177 promil dərəcə sərxoş olmuşdur. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)- 148/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 70 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs Mehman oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və onun barəsində yalnız Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati icraat davam etdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Belə ki, məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü ildə Daşkəsən şəhəri H.Əliyev prospektində yerləşən “Al market” mağazalar şəbəkəsində ictimai qaydanı pozması və Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, şahid ifadələri, həmçinin işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmiş, lakin onun həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, həmçinin onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də onun əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi üzrə işin icraatına xitam verilməli, lakin Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi olduğundan o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-in 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur İnzibati xəta törətmiş şəxs Şəxs hərəkətləri dayandırmaq barədə tələblərə baxmayaraq davam etdirməsi məsuliyyətini ağırlaşdıran hal hesab edilr. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan hissəsinə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 07 (yeddi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarix saat 17:50-dən hesablansın. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-209/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-209/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver