Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-21/2025 05.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X14 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, şikayət vermiş şəxs X7 və Daşkəsən RPŞ-nin DYPB YPX-nin inspektoru polis baş serjantı X5 iştirakı ilə, Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X12 AR İXM-nın 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. X7 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarının əsassız olduğu üçün ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 şikayət ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:15 radələrində Daşkəsən şəhəri ərazisində 10SG685 nömrə nişanlı “VAZ21063” markalı avtomobilini YPX əmakdaşları saxlatdırmışlar. O, öz avtomobilindən düşərək YPX avtomobilinə yaxınlaşmış, daha sonra ondan spirtli içki iyi gəldiyi üçün ondan alkotestr müayinəsindən keçməyi tələb olunub. O, spirtli içkini qəbul etdiyinin üstündən 24 saat keçdiyini bildirərək etiraz etmişdir. Daha sonra o YPX xidməti avtomobilinə əyləşərək orada alkotestr müayinəsindən keçmiş və 0.418 promil sərxoş olduğu çıxmışdır. Onun avtomobili YPX əməkdaşları tərəfindən Daşkəsən RPŞ-na aparılmışdır. Daha sonra o, öz təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə 21:24-də Gəncə şəhərinə gedərək müayinə olunmuş və sərxoş olmadığı aşkar edilmişdir. Buna məhəl qoyulmayaraq barəsində İXM-nın 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. O, bu barədə bir neçə dəfə AR DİN 102 xidməti zəng mərkəzinə şikayət xarakterli zəng vuraraq qanunsuz olaraq barəsində protokol tərtib olunduğunu, avtomobilinin qanunsuz olaraq DYP-nın duracağında saxlanıldığını, sərxoşluqla bağlı tibbi müayinədən keçirilməsini tələb etdiyini bildirmişdir. Odur ki, məhkəmədən Daşkəsən RPŞnin DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin DYPB-nin, YPX-nın inspektoru, polis baş serjantı X8 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Daşkəsən şəhəri ərazisində “VAZ 21063 minik” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıq cihazlarından istifadə qaydlarını pozduğu üçün saxlanılmışdır. Sənədlərini yoxlayan zaman sürücüdən spirtli içki qoxusunun gəldiyini aşkar etmiş və alkotester müayinəsindən keçirmişdir. Müayinə nəticəsində X6 0.486 promil sərxoşluq dərəcəsində olduğu müəyyən edilmişdir. Bundan sonra “VAZ 21063 minik” markalı **-SG- *** dövlət qeydiyyat nişanlı avtomobil DYP-nın müvəqqəti saxlama duracağına təhvil verilmiş və sürücü X7 barəsində müvafiq protokol tərtib olunaraq İXM-nın 329.3 və 333.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. İsmayılov Elnur alkotester müayinəsinin qəbzinə, həmçinin barəsində tərtib olunan protokolu imzalayaraq etiraz etmədiyini bildirməmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, X7 alkotester müayinəsindən keçirilən və həmin alkotesterin nəticəsi barədə qəbzə imza edən zaman sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmasını tələb etməmişdir. İşdə olan Daşkəsən RPŞ-nin DYPB-nin, YPX-nın inspektoru, polis baş serjantı X1 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, X7 AR İXM-nın 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli alkotester müayinəsinin nəticəsi barədə kağız daşıyıcıda əks etdirilən sənədin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:23də fiziki şəxs İsmayılov alkotester müayinəsindən keçirilmiş və onda alkoqolun miqdarı 0.488 faiz təşkil etmişdir. İşdə olan Daşkəsən RPŞ-nin, polis kapitanı X3 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X7 İXM-nın 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 4583/2024 nömrəli Gəncə Şəhər Narkoloji Dispanserin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, alkotestr müayinəsi keçirilmiş və X6 ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Göründüyü kimi növbəti alkotestr müayinəsi saat 21:24-də olmaqla, ilk alkotestr müayinəsindən 3 saat sonra keçirilmişdir. Həmçinin, həkim rəy verərkən X4 götürülmüş hər hansı bir analiz nümunələrinə deyil, alkotestr müayinəsinin nəticəsinə əsaslanmışdır. Məhkəmə qərardan şikayət verən şəxsin və protokol tərtib edən şəxsin izahatlarını dinləyib, işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, шикайят əsassız olduğu üçün тямин едилмяməлидир. X7 şikayətində sərxoşluq vəziyyətinin müəyyən edilmədiyini və bu səbəbdən də barəsində tərtib edilmiş protokoldan narazı olduğunu göstərsə də, barəsində tərtib olunan protokolu və alkotestr müayinəsinin qəbzini imzalayaraq heç bir etiraz göstərməmişdir. Belə ki, X7 YPX inspektoru tətəfindən alkotester müayinəsindən keçirilən zaman və bundan sonra həmin alkotester müayinəsinin nəticəsi barədə qəbzə imza edən zaman sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmasını tələb etməmişdir. Eyni zamanda bu barədə YPX əməkdaşlarına yazılı və ya şifahi qaydada müraciəti olmamışdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və ya iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, toplanmış sübutlara məcmu halında müqayisəli surətdə hüquqi qiymət verərək, hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməli, Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və AR İXM-nin 40, 43, 48-51, 106-114 və 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin olunmasın. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilməsinə dair Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-21/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-21/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver