Məhkəmə qərarları › İş №3(030)-210/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-210/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-210/2023 31.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1990-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Daşkəsən rayonu, Alunitdağ qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Daşkəsən RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində cərimə təyin olunmasına dair AR DİN BDYPİ-nin qərarlarını qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, Şəxs AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada poçt və sms vasitəsi ilə məlumat verilmiş Şəxs üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşə əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində EQ 13423119 nömrəli protokol əsasında çıxarılmış eyni nömrəli elektron qərar üzrə təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2023-cü il tarixli qərarının çıxarışından görünür ki, Şəxs barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “Great Wall M4 MİNİK” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili AR BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli EQ 13423119 nömrəli protokol əsasında çıxarılmış eyni nömrəli elektron qərarın surətindən görünür ki, Şəxs AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 20 manat məbləğində inzibati cərimə olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şəxs barəsində AR İXM-nın 346.1-ci maddəsi ilə tərtib olunmuş EQ 13423119 nömrəli protokol əsasında çıxarılmış eyni nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 20 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və hal-hazırda dəbbə pulu ilə birlikdə cəmi 32 manat təşkil etmişdir. İşə əlavə olunmuş “ASANPAY Ödəniş Portalı”-ından çıxarışın surətindən görünür ki Şəxs barəsində tərtib edilən EQ 13423119 nömrəli protokol əsasında çıxarılmış eyni nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə cəriməni dəbbə pulu ilə birlikdə ödəmişdir. Hazırda onun barəsində inzibati material üzrə ödənilməmiş cəriməsi yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Lakin işə əlavə edilmiş “ASANPAY” ödəniş portalından çıxarışın sürətindən görünür ki, Şəxs barəsində olan cəriməni dəbbə pulu ilə birlikdə ödəmişdir. Hazırda onun barəsində inzibati material üzrə ödənilməmiş cəriməsi yoxdur. AR İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 529.3-cü maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs AR İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 529.3-cü maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar