Məhkəmə qərarları › İş №3(030)-211/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-211/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-211/2024 23.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, evli, "xxxx" ASC-də sürücü işləyən, Daşkəsən şəhəri M.Əsədov küçəsi ev 14 mənzil 1-də qeydiyyatda olmaqla Samux rayonu İnstitut qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 18 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-667/2023 saylı icra sənədi üzrə borclu Şəxs Zərərçəkmiş şəxs 902 (doqquz yüz iki) manat məbləğində borcu vardır, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, borcundan bu gün 50 manat məbləğində ödəniş etmişdir. 15 gün bundan öncə isə 50 manat ödəniş etmişdir. Bununla da dekabr ayı ərzində 100 manat ödənişi olmuşdur. Himəyəsində 2 övladı vardır, övladının səhətində problem vardır. Bu səbəblə hər ay 50 manat ödəmək imkanı vardır. Borcun qalan hissəsini ödəməyi öhdəsinə götürərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə əlavə olunmuş teleqramdan görünür ki, tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs borcunu ödəmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş ödəniş qəbzin surətindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs bu gün 50 manat məbləğlərində ödəniş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin icra edilməməsi yalnız üzürsüz səbəbdən və qərəzli şəkildə olduqda qeyd edilən inzibati xətanın tərkibini yaradır. Bu kimi hallar hazırkı vəziyyətdə aşkar olunmur. Belə ki, borclu Zərərçəkmiş şəxs olan borcundan cari ay ərzində 100 manat ödəniş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev № 3(030)-185/2024 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU Daşkəsən Rayon Məhkəməsi 23 oktyabr 2024-cü il Daşkəsən şəhəri X10 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxılır, İclas saat 17:45-də başlandı. Sədrlik edən məhkəmə iclasını açaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında işə baxıldığını və işin qısa məzmununu elan edir. Sədrlik edən məhkəmə prosesi iştirakçılarının gəlməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Məhkəmə iclasının katibi məruzə edərək göstərir ki, məhkəmə iclasında Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5, və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirak edirlər. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətlərini müəyyən edir: Protokol tərtib edən şəxs: X5 – xx.xx.1985-ci ildə Samux rayonu, Kolayır kəndində doğulmuş, evli, ali təhsilli, Daşkəsən şəhəri üzrə İcra şöbəsinin rəisi( ədliyyə qulluqçusu) vəzifəsində işləyən, Samux şəhəri, Gəncə küçəsi ev 10-da daimi qeydiyyatda olan və yaşayan. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs -xx.xx.1985-ci ildə Daşkəsən rayonu Çanaxçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu Çanaqçı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri M.F.Axundov küçəsi ev 23B-də yaşayan, Sədrlik edən məhkəmə tərkibini elan edərək bildirir: - məhkəmə iclasına sədrlik edir X10 Hafiz oğlu, məhkəmə iclas katibi X4. Sədrlik edən proses iştirakçılarına sədrlik edənə və iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107 və 108-ci maddələrində nəzərdə tutulmuş əsasları izah edərək, ondan sədrlik edənə və iclas katibinə etirazı olub-olmamasını soruşur. Proses iştirakçıları hər biri məhkəmənin tərkibinə etirazları olmadığını bildirdi. Sədrlik edən İnzibati xəta törətmiş şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən İnzibati xəta törətmiş şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən proses iştirakçılarından işə baxılması ilə bağlı vəsatəti olubolmamasını soruşur. Proses iştirakçıları işə baxılması ilə bağlı vəsatətləri olmadığını bildirdi. Sədrlik edən inzibati xəta haqqında protokolu və digər sənədləri oxuyub elan edir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mahiyyətini və həmin əmələ görə müəyyən olunmuş məsuliyyəti izah edir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən ona istinad edilən əməlin mahiyyətinin ona aydın olub-olmamasını, həbelə özünü təqsirli bilibbilməməsini soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6: - Mənə istinad edilən əməlin mahiyyəti mənə aydındır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özümü təqsirli bilirəm.Sədrlik edən protokol tərtib edən şəxsə izahat verməyi təklif edir. Protokol tərtib edən şəxs X5 izahatında göstərir: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-3943/2019 saylı icra sənədi üzrə borclu Şəxs "xxxx" MMC-yə 826 (səkkiz yüz iyirmi altı) manat məbləğində kredit borcu qalmışdır. Hazırda borcundan 430 (dörd yüz otuz) manat məbləğində ödəniş etmişdir. Qeyd edilənlərə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edirəm. Protokolu tərtib edən şəxsə sual olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərir: Borcumdan hal-hazırda 430 (dörd yüz otuz) manat məbləğində, ümumilikdə oktyabr ayı ərzində 900 manat ödəniş etmişəm. Borcun qalan hissəsini qısa zamanda ödəməyi öhdəmə götürəürəm, məhkəmədən icraata xitam verilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sual olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərin vəsatətlərinin olub olmamasını soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda əlavə vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən işdə olan sənədləri oxuyub elan edir və proses iştirakçılarından həmin sənədlərə dair sualı və işin mahiyyəti ilə bağlı nə kimi əlavələri, vəsatətləri olubolmamasını soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda elan olunan sənədlərə dair sual, əlavə və vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən yerində qısa müşavirə edərək, qərara alır: Məhkəmə tədqiqi tamamlansın və çıxışlara başlansın. Sədrlik edən çıxış üçün Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X1 verir. Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5: Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş edirəm. Sədrlik edən çıxış üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edirəm. Sədrlik edən işdə iştirak edən şəxslərdən replika hüququndan istifadə edibetməmələrini soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda replika hüququndan istifadə etmək istəmədiklərini bildirirlər. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq inzibati xəta haqqında iş üzrə qərarı elan edir. Sədrlik edən proses iştirakçısına qərardan şikayət və protest verilmə qaydasını, protokola tanış olma hüquqlarını izah etdi. Sədrlik edən məhkəmə iclasını saat 18:00-da bağlı elan edir. Protokol 23 oktyabr 2024-cü ildə tərtib olunmuşdur. Sədrlik edən: _____________________ Kənan Vəliyev Katib: ____________________ Bəylər Fərzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar