Məhkəmə qərarları › İş №3(030)-213/2025

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-213/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-213/2025 02.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 10 saylı Gəncə-Daşkəsən regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 10 saylı Gəncə-Daşkəsən regional Bölməsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 10 saylı Gəncə-Daşkəsən regional Bölməsindən Şəxs barəsində məhkəməyə daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Daşkəsən rayon Bayan kəndi ərazisində Qoşqar çayının mühafizə zonasında tikinti aparılması faktı aşkar olunmuşdur. Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 10 saylı Gəncə-Daşkəsən regional Bölməsinin böyük məsləhətçi müfəttişi X5 protokol tərtib edərək, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Şəxs barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 10 saylı Gəncə-Daşkəsən regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərdi ki, Daşkəsən rayon Bayan kəndi ərazisindən keçən Qoşqar çayının mühafizə zonasında Şəxs tərəfindən xx.xx.2025-ci il tarixədək su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan qanunsuz tikinti işləri aparılmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri natamam tərtib edildiyindən qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********15 reyestr nömrəli çıxarışın surətindən göründüyü kimi X3 mülkiyyətində Daşkəsən rayonu Bayan kəndində yerləşən 0.1338 ha torpaq sahəsi vardır. Şəxs da protokol tərtib etmiş orqana vermiş olduğu izahatında da tikilinin həmin torpaq sahəsində inşa etdirmiş olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Lakin, protokol tərtib edən orqan tikilinin mülkiyyətdə olan torpaq sahəsində və ya ondan kənarda inşa edilməsi halına aydınlıq gətirməmiş, həmçinin X3 mülkiyyətində olan Daşkəsən rayonu Bayan kəndində yerləşən 0.1338 ha torpaq sahəsi ilə çayın mühafizə zonasına aid ərazinin üst-üstə düşməsi ilə bağlı məsələləri araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Dövlət Su Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 10 saylı Gəncə-Daşkəsən regional Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar