Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-214/2024 23.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Kəpəz rayonu, 3cü mikrorayon, ev 24 mənzil 24-də qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə xx.xx.2024-cü il tarixli, MN ******* saylı və xx.xx.2024-cü il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə xx.xx.2024cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar Daşkəsən rayon Polis Şöbəsi tərəfindən tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-215/2024 nömrəli, MN ******* saylı protokol üzrə 3(030)-214/2024 nömrəli inzibati xətalar haqqında işlər bir icraatda birləşdirilmişdir. X4 xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində avtovağzal adlanan ərazidə sərxoş vəziyyətdə səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daşkəsən rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X6 protokolun məzmununa uyğun izahat verərək Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Könül ilə birlikdə spirtli içki qəbul etmişlər və sərxoş olmuşlar. Daşkəsən şəhərində avtovağzal adlanan yerdə Bayram ilə onlar arasında mübahisə olmuş və bir-birlərinə nalayiq ifadələr işlətmişlər. Bu zaman polis əməkdaşları gəlmiş və onları Daşkəsən rayon Polis şöbəsinə aparmışlar. əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Daşkəsən rayonu avtovağzal adlanan ərazidə olan çay evindən çıxıb evə gedən zaman Bayram Abdullayev və yanında olan iki qadın sərxoş vəziyyətdə ona yaxınlaşmış, qadınlardan biri ondan Bayrama borcu olduğunu və həmin borcu tələb etməyə başlamışdır. Bayram Abdullayev və onun yanında olan iki qadın ünvansız nalayiq ifadələr işlədərək açıqça cəmiyyətə hörmətsizlik edirdilər. Bu barədə Daşkəsən rayon Polis şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saat 20:00 radələrində DİN-in 102 nömrəli qaynar xəttinə edilmiş müraciət əsasında Daşkəsən şəhəri avtovağzal adlanan əraziyə gəlmişlər. Həmin zaman orada X4, X1 və Şəxs olmuş, ictimai qaydalara zidd olaraq səs-küy salmış və uca səslə nalayiq ifadələr işlətmişdir. Şəxsə yaxınlaşdıqda onun spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olduğu məlum olmuşdur. Sonra Şəxs alkotester müayinəsindən keçirilməsi barədə tapşırıq verilmişdir. Alkotester müayinəsindən sonra Ülkərin sərxoş olduğu təsdiqini tapmışdır. Ülkəri dəfələrlə nizam-intizama dəvət etsələrdə tabe olmamışdır. Bundan sonra Şəxs Daşkəsən rayon Polis şöbəsinə dəvət edilmişdir. Şəxs şöbədə olan zaman əməlinə davam edərək ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında audio və video çəkilişlərə baxılan zaman barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ictimai qaydanı pozması və ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması aşkar şəkildə görünmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli alkotester qəbzindən görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 20:24-də 4.177 promil dərəcə sərxoş olmuşdur. AR İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə törədilmiş inzibati xətalara görə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* və MN ******* nömrəli protokollar üzrə İXMin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs səmimi peşmançılığını və işin sair hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən İXM-nın 535.1-ci maddəsinin sanksiya çərçivəsində tənbeh edilərək inzibati cərimə olunsun. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 510, 535.1, 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən İXM-nın 535.1-ci maddəsinin sanksiya çərçivəsində tənbeh edilərək 200 manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Gəncə şəhər İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-214/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-214/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver