Məhkəmə qərarları › İş №3(030)-216/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-216/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-216/2025 10.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Daşkəsən Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Daşkəsən Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmiş və X4 həmin qərardan Daşkəsən Rayon Məhkəməsinə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 izahatında göstərmişdir ki, O, Daşkəsən rayon Xoşbulaq kəndi ərazisində 7-8 sayda zibil paketini əl arabası ilə aparıb zibil qabına atdıqda, paketlərdən biri sürüşüb zibil qabından kənara düşmüşdür. Polis əməkdaşları ona yaxınlaşaraq zibil paketini zibil qabından kənara atdığına görə Daşkəsən rayon Polis Şöbəsinə getməli olduğunu və bu əmələ görə barəsində cərimə tətbiq olunacağını bildirdilər. O, isə paketi götürərək zibil qabına atmağ istədikdə polis əməkdaşları “sahə rəisinin göstərişi var getməliyik” deyərək ona mane olmuşdular. Hesab edir ki, polis işçiləri ona qarşı qərəzli olmuşlar. Bu halların nəzərə alınaraq məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə-fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. İşin hallarından göründüyü kimi, X3 inzibati tənbehin verilmə əsası kimi onun zibil qabının kənarına zibil atması göstərilmişdir. Şikayət vermiş şəxs isə inzibati xətanın qarşısının alınmasına polislər tərəfindən mane olunduğunu bildirmişdir. Belə olan vəziyyətdə X2 zibili zibil qabında kənara atması sübutlarla təsdiqini tapmalıdır. Hadisə ilə bağlı şahid ifadələri və digər sübutlar iş materiallarında mövcud deyildir. Hazırki iş üzrə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə Daşkəsən Rayon Polis Şöbəsinə məlumat verilməsinə baxmayaraq, orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işlə bağlı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən Dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Beləliklə, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etmiş olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan şikayət təmin edilməli və inzibati tənbeh vermə barədə qərar ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin

8. 40, 43, 48-51,53, 106-114, 128-130, 135.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:

Şikayət təmin edilsin. X4 barəsində qəbul edilmiş Daşkəsən Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar